Banner
Banner

Sağlam Qidalanma

İsti su xolesterolun aşağı düşməsinə kömək edir – HƏKİM TÖVSİYYƏSİ

İsti su xolesterolun aşağı düşməsinə kömək edir – HƏKİM TÖVSİYYƏSİ
13:18 18 Aprel 2021

Isti su içmək qanda yüksək xolesterol səviyyəsini aşağı salmağın təbii yollarından biridir.

Tibb.fed.az bildirir ki, bu barədə rusiyalı endokrinoloq Zöhrə Pavlova açıqlama yayıb.

Həkim endokrinoloq əslində xolesterolun orqanizmin hormon istehsal etməsi üçün lazım olduğunu bildirərək onun səviyyəsini azaltmağın ciddi şəkildə yalnız artıq olanından qurtulmaq şərtilə tətbiqini mümkün sayıb. Yüksək xolesterol probleminin sadə bir həlli isti su içməkdir. Bu barədə danışan Pavlova, "səhər 40 dərəcədən çox isti su içməli olduğunuza" aydınlıq gətirib.

Həkim bəzən sağlamlıqlarını yaxşılaşdırmağa cəhd edən insanların həddindən artıq tədbirlər görməyə qərar verdiklərini müşahidə etdiyini vurğulayıb - məsələn, xolesterolu azaltmaq üçün əksər insanlar yağlardan tamamilə imtina edirlər. Ancaq belə bir qərar səhvdir, çünki yağın tələb olunan miqdarda qəbul edilməməsi qaraciyəri bədənin ehtiyac duyduğu yağ komponentləri ilə təmin etmə prosesində iştiraka məcbur edir. Nəticədə isə öd turşularının metabolizması pozulur.

Xolesterolunuzu azaltmaq üçün səhər isti su içmək daha ağıllı bir yanaşmadır. Yağlı qidalara gəldikdə, onları yemək lazımdır - yalnız miqdarına nəzarət etmək, həmçinin sağlam, təbii yağ mənbələrinə üstünlük vermək şərtilə.

Xolesterol səviyyəsini azaltmağa kömək edən dərmanlardan bəhs edildikdə isə bunları yalnız həkim təyin etməlidir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner