Banner
Banner

Sağlam Qidalanma

Hipertoniya: qan təzyiqini aşağı salan minerallar  - HANSI QIDALARDA OLUR?

Hipertoniya: qan təzyiqini aşağı salan minerallar  - HANSI QIDALARDA OLUR?
12:54 14 İyun 2021

Yuxarı yaşda qan damarları təbii olaraq elastikliyini itirir, buna görə dartılmağı dayandırır. Bərkimiş arteriyalar yüksək qan təzyiqinə səbəb ola bilər, bəs ziyanı minimuma endirmək üçün nə edə bilərsiniz?

Britaniya Diyeta Assosiasiyası bəyan edir ki:

"Bədənimizin qocalmasını dayandırmaq üçün heç nə edə bilmərik, ancaq həyat tərzimizdə bir çox başqa dəyişiklik edə bilərik."

Bədəndəki qan təzyiqini idarə etməyə kömək üçün pəhrizimizi dəyişdirmək  lazımdır.

Arterial təzyiqi aşağı salmaq üçün üçün üç qidalandırıcı maddə tövsiyə olunur:

Kalium

Maqnezium

Kalsium

Meyvə və tərəvəzlər kalium və maqneziumla zəngindir, buna görə BDA hər kəsə gündə "ən azı beş porsiya" yeməyi tövsiyə edir.

Kalsium baxımından isə süd məhsulları bu qida ilə zəngindir, lakin BDA bəzilərinin "doymuş yağda yüksək" ola biləcəyini xəbərdar edir.

Buna görə "az yağlı" süd məhsulları seçmək ən yaxşısıdır, məsələn:

Yarı yağsız süd

Az yağlı qatıqlar

Az yağlı pendir

"Gündə iki-üç porsiyon əlavə edin" BDA qan təzyiqi azaltmağa çalışan insanlara bunu tövsiyə edib.

Kalsium, maqnezium və kalium kimi pəhriz əlavələrinin "qan təzyiqini azaltmaq üçün tövsiyə edilmədiyini" unutmayın. Çox miqdarda olan bu qida maddələri zərərli ola bilər.

BDA təzyiqi azaltmaq üçün edə biləcəyiniz ən faydalı pəhriz düzəlişlərindən birinin duz qəbulunu azaltmaq olduğunu qeyd edib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner