Banner
Banner

Sağlam Qidalanma

Gündəlik tərəvəz və meyvələrin - OPTİMAL DOZASI HESABLANIB

Gündəlik tərəvəz və meyvələrin - OPTİMAL DOZASI HESABLANIB
01:34 3 Mart 2021

Daha uzun yaşamaq üçün gündəlik iki meyvə və üç tərəvəz yeməlisiniz.

Tibb.fed.az xəbər verir ki, bu qənaətə Harvard Universitetindəki (ABŞ) Xalq Sağlamlığı Məktəbinin tədqiqatçıları gələrək “Circulation” jurnalında  elmi məqalə ilə çıxış ediblər.

Alimlər yüz mindən çox amerikalinın iştirak etdiyi iki genişmiqyaslı araşdırmada əldə edilmiş məlumatları analiz ediblər. Bu insanlar haqqında məlumat otuz il ərzində toplanıb. Hər 2-4 ildən bir tədqiqat iştirakçıları pəhrizləri haqqında ətraflı məlumat veriblər. Bundan əlavə, təhlilə digər 26 tədqiqat iştirakçıları tərəfindən tərəvəz və meyvələrin istehlakı barədə məlumatlar daxil edilib. Tədqiqatda ümumilikdə, dünyanın 29 ölkəsində - Avropa, Asiya, Afrika, Avstraliya, Şimali və Cənubi Amerikada yaşayan iki milyona yaxın insan iştirak edib.

Tərkibində bol dəmir olan - 10 ƏRZAQ NÖVÜ

Nəticədə, hesablamalar göstərdi ki, erkən ölüm riskinin ən azı gündə təxminən beş porsiya tərəvəz və meyvə istehlakı ilə əlaqədardır. Bu dozanın artırılması əlavə fayda gətirmir. Üstəlik gündəlik pəhrizdə bitki mənşəli məhsulların uzun və sağlam bir həyat üçün ən optimal nisbəti belə olmalıdır: iki porsiya meyvə və üç porsiya tərəvəz.

Gündəlik iki porsiya meyvə və tərəvəz yeyənlərlə müqayisədə, beş porsiya yeyən iştirakçıların hər hansı bir səbəbdən vaxtından əvvəl ölüm riski 13%-dək az, ürək-damar xəstəliklərindən ölmə riski 12%, xərçəngdən ölmə riski isə 10% az idi. Tənəffüs xəstəliklərindən, o cümlədən xroniki obstruktiv ağciyər xəstəliyindən ölüm riski isə  - 35%.

Meyvə şirələrinin fayda və zərərləri - MƏSLƏHƏT

Bununla belə, tədqiqatçılar ömrün uzadılması məsələsində bütün meyvə və tərəvəzlərin eyni dərəcədə faydalı olmadığını müəyyən ediblər. Meyvə şirələri, kartof kimi nişastalı tərəvəzlər və yaşıl noxud, qarğıdalı istehlakının hər hansı bir səbəbdən və ya xroniki xəstəlikdən erkən ölüm riskinin azalması ilə əlaqəli olmadığı aşkar edildi. Digər tərəfdən ispanaq, kahı və kələm daxil olmaqla yaşıl yarpaqlı tərəvəzlər, həmçinin yerkökü, sitrus meyvələri və giləmeyvə kimi karoten və C vitamini ilə zəngin meyvə və tərəvəzlər bu mənada ən faydalıdır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner