Banner
Banner

Sağlam Qidalanma

Daimi aclığın səbəbi – NƏDİR?

Daimi aclığın səbəbi – NƏDİR?
17:39 15 Aprel 2021

Bəzi insanlar demək olar ki, hər zaman aclıq hiss edirlər, çünki yemək yedikdən bir müddət sonra qanlarındakı şəkərin səviyyəsi kəskin şəkildə aşağı düşür. Nəticədə onlar hər gün yüzlərlə əlavə kalori istehlak edirlər.

Tibb.fed.az Daily Mail-ə istinadla yazır ki, daima aclıq hiss eləmək, əgər bu, doyumluluqla bağlı deyilsə, hər şeydən əvvəl yeməkdən qısa müddət sonra qandakı şəkərin səviyyəsində kəskin azalma ilə əlaqələndirilə bilər. Bu baş verərsə, həmin insan, aclıq spazmaları dalğasında daha çox yeməyə ehtiyac duyur, gündəlik yüzlərlə əlavə kalori istehlak edir. London Kral Kollecindən olan tədqiqatçılar, standart səhər yeməyi və digər yeməklərlə qidalanan 1000-dən çox insanın qandakə şəkərinin göstəricisi barədə və digər məlumatlar toplayıblar.

Yemək yeyəndən sonra qanda şəkərin azalması bəzi insanların kalori ilə məhdudlaşdırılmış bir pəhriz içində olsalar da kilo verə bilməmələrini izah edir. Qanda şəkərin azlığı ilə qarşılaşanların 9%-i daha çox ac olublar və digər işitrakşılarla müqayisədə təkrar yeməyi 30 dəqiqə az gözləyiblər.

Tədqiqat müəllifləri, pəhriz planlaşdırarkən və öz sağlamlığını idarə edərkən insan metabolizmasını daha dərindən anlamağın vacib olduğunu düşünürlər. Buna görə insanlar qan şəkərinin düşməsinə səbəb olmayacaq qidalar yeməlidirlər. Diyetoloqlar onları seçməyinizə kömək edəcəkdir. Yalnız bu vəziyyətdə insanlar kökəlmə ilə mübarizədə böyük bir müvəffəqiyyət əldə edə biləcək.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner