Banner
Banner

Sağlam Qidalanma

Çay içməyi azaltmaq üçün çox ciddi - SƏBƏB

Çay içməyi azaltmaq üçün çox ciddi - SƏBƏB
13:11 13 Mart 2021

Xanimların, xüsusən də 50 yaşdan yuxarı olan qadınların çay icməsi onların sağlamlığına pis təsir göstərə bilər.

Tibb.fed.az bildirir ki, Florida Universitetinin tədqiqatı nəticəsində çayın tərkibində olan ftoridin xüsusən uşaqlarda diş və sümüklərə pis təsir etdiyi, yaşlı insanlarda isə sümüklərin daha tez əriməsinə səbəb olduğu ortaya çıxıb. Normadan artıq çay içən insanın sümüklərində flyuoroz, uşaqların isə dişlərində fluoroz yaranır.

Əgər çayın qaynadıldığı su da ftorla zəngindirsə, o zaman bu içki ikiqat mənfi təsir göstərəcək. Professorlar qeyd edir ki, çayın tərkibindəki ftorid haqqında çox az adam məlumatlıdır. 47 növ adi və bitki çayı üzərində aparılan araşdırma göstərir ki, bu çaylarda ftorid normadan 2-3 dəfə artıqdır.

Amma ftorid həm də su və başqa ərzaqlarla da orqanizmə daxil olur. Alimlər gündə 2-3 stəkandan artıq çay içməməyi məsləhət görür. Gün ərzində 6 mq-dan artıq ftor qəbul edən insanın sümükləri təhlükə altındadır.

Qeyd edək ki, hazırda bütün dünyada ən çox istifadə olunan içki çaydır. Soyuq fəsillərdə  bu işki orqanizmin istiliyini təmin edir, isti aylarda isə susuzluğu yatırır.  

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner