Banner
Banner

Sağlam Qidalanma

Bu qidalar beyni əqli zəiflikdən -  QORUYUR

Bu qidalar beyni əqli zəiflikdən -  QORUYUR
12:29 9 May 2021

Bir çox qidalar insan beynini Alzheimer xəstəliyinə səbəb ola biləcək zülalın yığılmasından və sıxılmasından qoruya bilir. Yeni tədqiqata görə, bu - balıq, tərəvəz və zeytun yağı ilə zəngin olan Aralıq dənizi pəhrizidir. Alimlərin bu qidalarla bağlı apardıqları tədqiqatın nəticələri Amerika Nevrologiya Akademiyasının “Neurology” Tibbi jurnalının onlayn-buraxılışında dərc edilib.

Tibb.fed.az xarici mənbələrə istinadla xəbər verir ki, tədqiqat zamanı amiloid və tau adlanan anormal zülallar öyrənilib. Amiloid sızanaq, tau isə yumaqcıq yaradan zülallardır. Onların hər ikisi Alzheimer xəstəliyi olan insanlarda aşkarlansa da, normal idraklı yaşlı insanların beynində də tapıla bilər.

Aralıq dənizi pəhrizinə yüksək miqdarda tərəvəz, paxla, meyvələr, dənli bitkilər, balıq və zeytun yağı, yağ turşuları, süd məhsulları və ət də daxildir.

“Bizim tədqiqatımız göstərir ki, tərkibi dolğunlaşmamış yağlardan, balıqlardan, meyvə və tərəvəzlərdən, aşağı tərkibli süd və ət məhsullarından ibarət olan pəhriz həqiqətən beyninizi yaddaş itkisindən və əqli zəiflikdən qoruya bilər”, - deyə Bonndakı alman neyrodegenerativ xəstəliklər mərkəzinin professoru, müəllif Tomazzo Ballarini söyləyib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner