Banner
Banner

Sağlam Qidalanma

Beynimizə mənfi təsir göstərən - 5 QİDA NÖVÜ

Beynimizə mənfi təsir göstərən - 5 QİDA NÖVÜ
17:03 23 May 2021

Mütəmadi olaraq yediyimiz qidalar həyatda qalmağımızla yanaşı, beyin sağlığımıza da ciddi şəkildə təsir edir.

Tibb.fed. az beynimizə mənfi təsir göstərən qidaların siyahısını təqdim edir.

Qızarmış qidalar

Bütün işlənmiş qidalar, kimyəvi maddələr, qatqı maddələri, süni dadlandırıcılar və qoruyucular bura daxildir. Bunlar həm uşaqlarda, həm də böyüklərdə ciddi beyin zədələrinə yol açır.

Dondurma

Aparılan bir çox araşdırma zamanı doymuş yağ və şəkərlə zəngin qidaların bilik və söz bacarıqlarını azaltdığını ortaya qoyub. Mütəxəssislər dondurma yemək yerinə təzə meyvə ilə hazırlanan soyuq qatıqların istifadəsini məsləhət görür.

Şirin qazlı içkilər

Bu içkilər beyinin 1 nömrəli düşməni sayılır. Şəkərlə olduqca zəngin olan belə içkilər damarlarda iltihabın yaranması riskini artırır ki, bu da ateroskleruzun əsas səbəbidir. Ateroskleroz zamanı damarlarda piyə oxşar maddə xolesterin yığılır, damarlar daralır, kövrək olur, tez partlayır. Bütün bunlar isə nəticədə insult riskini artırır.

Konserv balıqlar

Amerika Ürək Dərnəyi ürək sağlamlığı üçün həftədə 2 dəfə ton balığı istifadəsini tövsiyə edir. Ancaq konserv qutuda satılan ton balıqları sağlamlığa fayda yerinə, zərər verir. Konserv ton balıqlarının içərisində olan ağır metallar beyin sağlamlığına mənfi mənada təsir edir.

Fast food

Montreal Universitetində aparılan bir araşdırma fast food məhsullarının beynin kimyasını dəyişdirdiyini ortaya qoyub. Bu da depressiyaya yol açır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner