Banner
Banner

Sağlam Qidalanma

Axşam saat 6-dan sonra yeməyin - ZƏRƏRLƏRİ

Axşam saat 6-dan sonra yeməyin - ZƏRƏRLƏRİ
14:49 8 Mart 2021

Həqiqətənmi axşam saat 6-dan sonra qida qəbulu zərərlidir? Tibb.fed.az  almaniyalı həkimlərin tövsiyyələrini çatdırır.

Heç bir salat, heç bir alkoqol və əlbəttə ki, heç bir  əsas yemək gec saatda qəbul edilə bilməz: sağlamlıq səbəbi ilə yalnız bəzi şeylər tövsiyə olunur.

Hər gün yeyilməsi məsləhət olmayan - 8 QIDA

Günün müəyyən vaxtlarında müəyyən qidalardan çəkinmək lazımdırmı? Belə məsləhətlər dəfələrlə təkrarlanır. Alman Qidalanma Cəmiyyətinin ekotrofoloqu Astrid Donalisin sözlərinə görə, vaxt məhdudiyyəti ilə əlaqədar məsələn, saat 14: 00-a qədər yalnız çiy tərəvəz və meyvə yeyin kimi əhəmiyyətli elmi dəlil yoxdur.  

Mədəsində qıcqırma problemi olan insanlar axşam meyvələrə qarşı diqqətli olmalıdırlar. Qıcqırma xüsusilə sitrus meyvələri kimi turşuluğu yüksək olan meyvələr tərəfindən yaranır.

Almaniyalı digər mütəxəssis, Vurtemberq İstehlakçı Mərkəzinin qida və qidalanma üzrə şöbəsinin məsləhətçisi Sabina Holzepfel bildirib ki, "mədədə qıcqırma xüsusilə yatarkən insanı narahat edir və yuxuya getdiyiniz zaman sizə problem yaradır".

Həzm sisteminin bioritmi

Əvvəllər hər şeyin insanların nə vaxt və nə qədər yediyi deyil, ümumi gündəlik qəbuldan asılı olduğu düşünülürdü.

“İndi vaxtın da rol oynadığına dair əlamətlər var. Bəzi tədqiqatlar daha doyumlu səhər yeməyi və daha az enerji verən şam yeməyinin sağlamlığa faydalarını göstərir” deyə istehlakçı vəkili Holzepfel izah edir.

Bu da göz qabağındadır: həzm sistemi bioritmlərə tabedir. Ən çox səhər saatlarında aktivdir, axşam və gecə isə daha az aktiv olur.

Beləliklə, axşam 6:00-dan sonra yediyiniz hər şeyin həzm olunmamış qalması iddiası doğru deyil.

"Həzm prosesi ağızdakı çeynəmə və tüpürcək ilə başlayır" deyə Donalis izah edir. Gecə mədə-bağırsaq traktının işi tamamilə dayanmır.

Lakin bəzi qidaların həzmi daha asan və daha çətin gedir. Acılı, isti və ya qızardılmış qidalar, həmçinin ət mədə-bağırsaq traktında daha uzun müddət qalır və daha yavaş həzm olunur. Bu, mədə təzyiqi, şişkinlik və ya qısqırma kimi simptomlara səbəb ola bilər. "Əgər belə bir probleminiz varsa, axşam yeməyindən çəkinməlisiniz - yatmazdan ən azı üç-dörd saat əvvəl."

Duru yeməklər - şorba və sıyıqların həzm müddəti daha azdır və bu səbəbdən həzmdə sovrulması daha asandır.

Özünü tox və köpmüş hiss etmək, yaxşı gecə yuxusu üçün pis şərtdir. Artıq yediyini hiss edən hər kəs yüngül idmanla və axşam gəzintisinə çıxmaqla bunu yoluna qoya bilər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner