Banner
Banner

Sağlam Qidalanma

30 yaşdan sonra bu məhsulları - YEMƏYİN

30 yaşdan sonra bu məhsulları - YEMƏYİN
14:31 25 Aprel 2021

Dietoloq 30 yaşdan sonra imtina edilməsi lazım olan məhsulları açıqlayıb.

Tibb.fed.az xarici mətbuata istinadla xəbər verir ki, rusiyalı dietoloq Mariya Malışeva həftədə dörd dəfədən çox qızardılmış qidaların yeyilməsinin piylənmə riskini artırdığını, sağlamlıqla bağlı fəsadlara yol açdığını söyləyib.

Ekspertin sözlərinə görə, 30 yaşdan sonra insanda maddələr mübadiləsi yavaşlamağa başlayır, kollagen istehsalı azalır və mədə xorası, yüksək qan təzyiqi, ateroskleroz, infarkt və ya insult kimi xəstəliklərin yaranma riski artır.

M.Malışeva az yağlı süd məhsullarından da imtina etməyi məsləhət görüb, çünki yağ çox miqdarda şəkər, kanserogen maddələr, qlükoza və fruktoza ilə əvəz olunur. Bundan əlavə, qazlı içkilərin tərkibində çox miqdarda şəkər və ya kanserogen maddələr var.

Mütəxəssis rəfinə edilmiş karbohidratlar, marqarin, kərə yağı və ətdən də imtina etməyə çağırıb. Eyni zamanda, dietoloq 30 yaşdan sonra natrium duzu əlavə olunmuş çipsidən və qidalardan imtina etməyi tövsiyə edib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner