Banner
Banner

Sağlam Həyat Tərzi

Sağlamlıq haqqında yeni məlum olan - 7 VACİB KƏŞF

Sağlamlıq haqqında yeni məlum olan - 7 VACİB KƏŞF
16:52 4 Mart 2021

Alimlərin sağlamlığa təsir edən şeylər barədə kəşfləri tamamilə gözlənilməzdir. Bəzilərini sadəcə şok edir.

Təmizləyici vasitələr qadınların ağciyərlərinə ziyandır

Alimlər hesablayıb ki, evi kimyəvi vasitələrlə təmizləyənlərin ağciyərlərində vəziyyət 20 il siqaret çəkənlərdəki kimidir. Necə deyərlər, artıq mənzilinizi tez-tez təmizləməmək üçün elmi bir bəhanəniz var. Sən demə, xadimə və evini təmizləyərkən müxtəlif təmizləyici vasitələrdən istifadə edən qadınların ağciyərlərində vəziyyət getdikcə çox pisləşir. Üstəlik, bu pozulma 20 il siqaret çəkənlərlə eynidir. 

Norveçin Berqen Universitetinin alimləri özlərinin 20 illik təcrübəsindən sonra bu qənaətə gəliblər. Təcrübədə ağciyərləri və ümumilikdə, tənəffüs yollarının vəziyyəti yoxlanılmış 6000 nəfər iştirak etmişdi. Buna görə də təmizlik işlərində mümkün qədər az kimyəvi maddə istifadə edin.

Pijamalarınızı çıxarın

Gecə yatarkən pijama və ya gözəl alt paltarında deyil, çılpaq yatmağın faydalı olduğu məlum olub. Bunu ABŞ-dakı Milli Yuxu Fondunun ekspertləri sübut etdilər. Geyim sadəcə optimal bədən istiliyini təyin etməyə mane olur. Buna görə hətta yuxusuzluq da baş verə bilir. Digər tərəfdən, elastik bantlar (piama belindəki), bağlar qan dövranını poza bilər.

Yuxu zamanı paltar geyinmədikdə intim bölgələrdə göbələk infeksiyasının yaranma ehtimalı əhəmiyyətli dərəcədə azalır. Bundan başqa, saç və dəri daha sağlam görünər, çünki hava sərin olduqda bədənimiz regenerasiyanı artıran hormonlar istehsal etməyə başlayır.

Müxtəlif qidalarda KALORİ MİQDARI. Arıqlamaq istəyənlər üçün CƏDVƏL

Yalnız qalanlar sevgililərdən daha incə olur

Avstraliyanın Kvinslend Mərkəzi Universitetinin alimləri 9 il ərzində 15000 insanı izləyib. Nəticədə münasibətdə olanların yalnızlara nisbətə 20% daha çox çəki aldığını qeyd ediblər. Bununla yanaşı, cütlüklər, bir qayda olaraq, qidalar da daxil olmaqla sağlam həyat tərzi sürüblər.

Səbəbi sadə idi – ailə nahar və ya şam edərkən bir yerə toplaşdıqda yemək porsiyası tək qalanlara nisbətən daha böyük olur. Bir qayda olaraq, sevgililər tək olmadıqlarına, artıq kimisə cəlb etməyə, yaxud kiməsə sahib olmağa ehtiyac duymadıqlarına görə sakitləşirlər, buna görə haradasa, arxayınlaşırlar. Daha çox ziyanlı və yağlı qidalar, şirniyyatlar yeməyə başlayırlar.

Nikbin insanların ürəkləri nadir hallarda ağrıyır

Araşdırmalar zamanı məlum olub ki, optimist əhval-ruhiyyə stress və həyəcana cavabdeh olan hormonların səviyyəsinə təsir edir. Nikbin adamlarda bu hormonlar bir dəfə azdır. Bu hormonlar sadəcə qan dövranının artmasına çox güclü təsir göstərir. Bu isə məhz infarkta və ürək-damar xəstəliklərinə gətirib çıxarda bilər.

Bu elmi faktı Dyuka Universitetinin alimləri sübuta yetirib. Xroniki stenokardiyalı 2400 xəstə sorğularının təhlili həyatə müsbət münasibət göstərən adamların stasionar müalicəyə ehtiyacının pessimist xəstələrə nisbətən 30-40% az olduğu qənaətinə gəlməyə imkan verdi.

Senkop xəstəliyinin əlamətləri və müalicəsi - KARDİOLOQ MƏSLƏHƏTİ

İşıqda yatmaq depresiyaya səbəb olur

Yapon professor Kendzi Obayasi deyir ki, hətta zəif işıq belə daxili bioloji saatın işini poza bilər. Çünki qaranlıqda melatonin hormonu ifraz olunur və ən az işıq belə onun sekresiyasına mənfi təsir göstərir. Bu isə psixikaya öz təsirini ötürmüş olur. Bundan heç vaxt əziyyət çəkməmiş birində belə depressiya yarana bilər.

Bu cür nəticəyə gəlmək üçün yapon alimləri depresiyya yaşamamış yaşlı adamları yatarkən 2 il müşahidə ediblər. Təcrübənin sonunda qaranlıqda tam yatmayan adamlarda narahatlıq meydana gəlib.

Odur ki, yataq otaqlarınız üçün qaranlıq pərdələr alın ki, kiçik işıq mənbələri belə yuxunuza mane olmasın.

İmmuniteti gücləndirmək üçün ...aclıq edin

Əgər yeməkdən 2-4 gün imtina etsəniz, immun sisteminiz yenilənər. Cənubi Kaliforniya Universitetinin alimlərinin araşdırmaları bunu sübut edib. 

Təcrübə həyata keçirilib – iştirakçılar hər yarım ildən bir könüllü surətdə bir neçə gün ac qalıblar. Və məhz bu günlər orqanizm öz yağ, qlükoza və keton ehtiyatlarından istifadə edib və bu zaman çoxlu sayda leykositlər məhv olub. Bütün bunlar immun sistemi hüceyrələrinin yenilənməsinə kömək edib.  

Ancaq bundan sui-istifadə etmək olmaz. Aclıq hamıya xeyir deyil. Ürək ritmi pozğunluqları, öd daşı, böyrək daşları və mədə xoralarında, qaraciyər serrozu zamanı ac qalmaq əks-göstərişdir.

İnternet xoşbəxtliyi də varmış...

Xoşbəxtlik üçün hər gün internet lazımdır. Oslo Universiteti yanında Mədəniyyət və Texnoloji İnnovasiya  Mərkəzinin alimləri 100 min avropalı arasında sorğu keçirdikdən bu qənaətə gəliblər. Və orada xoşbəxtlik vəziyyəti internetə sərf olunan vaxtın çoxluğu ilə deyil, insanın dünya şəbəkəsində nə etməsi ilə əlaqədardır. Universitet mütəxəssisləri həmçinin internetin orta yaş böhranına daha tez üstün gəlməyə kömək etdiyini aydınlaşdırıblar.

Sağlamlıq haqqında yeni məlum olan - 7 VACİB KƏŞF | Tibb FED.AZSağlamlıq haqqında yeni məlum olan - 7 VACİB KƏŞF | Tibb FED.AZSağlamlıq haqqında yeni məlum olan - 7 VACİB KƏŞF | Tibb FED.AZ
Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner