Banner
Banner

Sağlam Həyat Tərzi

Gec yatmaq - ZƏRƏRLİDİRMİ?

Gec yatmaq - ZƏRƏRLİDİRMİ?
10:53 6 Mart 2021

Kim gec yatır, erkən ölür?

Tibb.fed.az bildirir ki, amerikalıların araşdırmaları özlərini bayquş hesab edən insanların qan şəkərinin yüksək səviyyədə olması ilə əlaqədar daha çox xəstəlik keçirirdiklərini göstərib. Və ölüm riskləri özlərini torağay sayıb yuxudan erkən oyananlara nisbətən 10% daha yüksək olurdu.

Bununla belə, tədqiqat iştirakçıların özləri tərəfindən verilən məlumatlara əsaslanırdı: onlardan xronotiplər öyrənilir, üstünlük verilən cədvəl və yuxu müddəti soruşulurdu.

Bu səbəbdən, hansı proseslərin ölümün yaxınlaşmasını sürətləndirdiyi və yuxu rejiminin həqiqətən buna səbəb olub olmadığı tam aydın deyil. Araşdırmanın nəticələri əlaqə qurmasına baxmayaraq, faktı sübut etmir.

Tədqiqatın müəllifi Kristen Knutson: "Düşünürük ki, problem bayquşların erkən oyanan torağaylar dünyasında yaşamağa məcbur olmasındadır. Burada işə getmək üçün səhər saat altıda yataqdan qalxmalı və günə daha erkən, daxili saatınız istədiyi kimi başlamalısan. Bəlkə də izah elə bu uyğunsuzluqdadır.

Siçanlar üzərində aparılan başqa bir araşdırma isə virus və xəstəliklərlə mübarizə aparan əsas hüceyrələrdən birinin işıq və qaranlıq dövrlərimiz tərəfindən idarə olunduğunu göstərdi.

Yuxusuzluğa kömək edən ədviyyat - ZƏFƏRAN

Tədqiqatçılar siçanların təbii dövrlərini dəyişdirdilər, bir neçə gündə bir neçə saat işıq və qaranlığın yerini əvəzlədilər və bunun nəticəsindı maraqlı proseslərin baş verdiyini müşahidə etdilər: siçanlarda iltihab xəstəliyinə tutulma ehtimalı daha yüksək həddə çatdı.

Başqa sözlə, təbii olmayan vaxtlarda süni işıq sağlamlığa mənfi təsir göstərir.

Sirkad ritm uyğunsuzluğu

Sirkad ritmi orqan və toxumalarda bioloji proseslərin başlanğıc və bitmə vaxtını xüsusi bir şəkildə təyin edən bir mexanizmdir.

Sirkad saatı ilk növbədə işığa və qaranlığa cavab verir, buna görə ilk növbədə yuxu/oyanma dövrünü tənzimləyir. Metabolizma, hormonal səviyyələr və bədən istiliyi də bu ritmlərə tabedir.

Günün qaranlıq saatlarında melatonin (yuxunu tənzimləyən  hormon) yüksəlir ki, bu da təbii yuxu vəziyyətinə gətirib çıxarır. Pəncərədən baxıb havanın işıqlı olduöunu görəndə, bədən serotonin istehsal edir, buna görə də biz gümrah və aktiv oluruq.

Əsas problemlərdən biri, fəaliyyətinizin sirkad ritminizlə sinxronlaşmamasıdır - bədən işıqlıqda nə üçün yatdığımızı və nə üçün qaranlıqda yediyimizi anlamır. Bu özünüzü necə hiss etməyinizə də təsir göstərir.

Hər şeyin günahı genlərdədir

Bəzi hallarda doğulduğumuz xronotipə əməl edirik. Genlər daxili saatlarımızı idarə etməkdə əhəmiyyətli bir rol oynayır. Buna görə təbii olaraq səhər 3:00-da yatmağa və 11:00-da oyanmağa meylli olsanız, ən yaxşı seçiminiz bu rejimə cavab verəcək yaxşı bir karyera və həyat tərzi tapmaqdır.

Gec yatmaq səhhətimə təsir edəcəkmi?

Alimlər gec rejim və pis sağlamlıq arasında bir əlaqə axtarırlar, lakin bu günə qədər bu, tam olaraq sübut edilməyib.

Əsas problem sirkad ritm uyğunsuzluğudur - fəaliyyətlərimiz işıq / qaranlıq dövrü ilə uyğun gəlmədikdə. Məhz bu səbəbdən özümüzü pis hiss edə bilərik.

Gec və ya erkən yatmaq da sosial problemdir. Torağaylar və smartfonlar dünyasında təbii yuxu ehtiyaclarınızı anlamaq və uyğun bir yuxu cədvəli qurmaq çətindir.

Gecə işləmək və gec oyanmaqda rahatlıq tapırsınızsa, ehtiyaclarınıza uyğun bir işdə çalışmağa da çalışın.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner