Banner
Banner

Sağlam Həyat Tərzi

COVİD-19 keçirmiş insanlar normal həyata qayıtmaq üçün nə etməlidirlər? – HƏKİM MƏSLƏHƏTİ

COVİD-19 keçirmiş insanlar normal həyata qayıtmaq üçün nə etməlidirlər? – HƏKİM MƏSLƏHƏTİ
10:19 17 May 2021

COVİD-19 xəstəliyindən sağalanlar adətən güclü halsızlıq, zəiflik şikayətləri ilə həkimə müraciət edirlər. Pasiyentlər bir qayda olaraq həkimlərdən bu kimi halsızlıqların aradan qaldırılması üçün müalicə və dərman soruşurlar.

Tibb.fed.az həkim-anestezioloq reanimatoloq Şahin Məmmədovun bu vəziyyətlə əlaqədar insanlara məsləhətini çatdırır. O, müalicə istəyən pasiyentlərə bəzi həkimlər tərəfindən resept dolu dərman yazılacağını istisna etməyib. Amma Ş.Məmmədovun sözlərinə görə, koronavirusdan sonra halsızlığın olması təbiidir: “Orqanizm təzəcə müharibədən çıxıb, enerji resursları tükənib. Həm COVİD virusunun skelet əzələlərinə birbaşa təsiri olur. Çünki ACE2 reseptorları əzələlərdə də var. Bir müddət ağrikəsicilərə tabe olmayan əzələ ağrıları yorğunluğu, əzginliyi, halsızlığı daha da artırır”.

COVİD-19-dan sonra insanların təkcə fiziki yox, zehinsəl də olaraq yorğun düşdüklərini xatırladan həkim bunu COVİD-in bütün orqanizm üçün stress törətməsi ilə əlaqələndirir.

Lakin COVİD-ə yoluxub sağalanlar bu halın ötəri olduğunu unutmamalıdırlar. Həkim-anestezioloq reanimatoloq Şahin Məmmədov bildirir ki, müvəqqəti xarakter daşıyan bu vəziyyət 3-4 həftə ərzində sovuşur. “Buna görə hansısa dərman içmək lazım deyil. Sadəcə yuxunu requlyar edin, enerjiyə qənaət rejiminə keçərək çoxlu dincəlin. Və çox ehtiyatla fiziki məşqlərə başlayın. Məsələn, 1-ci həftə hər gün sizə çətin deyilsə, 5 dəqiqə yeriyin. Hər həftə gəzintini daha 5 dəqiqə artırın. Musiqilərə qulaq asın, sevimli məşğuliyyətinizə vaxt ayırın. Stressin törətdiyi psixoloji problemlər, yaddaş zəifliyi və kəskin ümumi zəiflik tədricən öz özünə və dərmansız keçəcək”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner