Banner
Banner

Sağlam Həyat Tərzi

Artıq çəkidən xilas olmağın 4 YOLU

Artıq çəkidən xilas olmağın 4 YOLU
14:23 16 Fev 2021

Illərlə biz yalnız həyat təcrübəsi deyil, artıq çəki də yığırıq. Xüsusilə lazımsız kilolar hamiləlik dövründə daha tez yığılır və sonra böyük çətinliklə ondan qurtulmaq mümkün olur. Bəzilərində bu artıq çəki qalıcı da olur. Əksər qadınlar bu hallarıyla barışıaraq günahı irsi amillərdə axtarırlar. Ancaq çəkinin ən xoşagəlməz irsiyyət halına rəğmən belə gözəl və yaraşıqlı qalmağınız mümkündür. Əgər təbii, istək olarsa. Beləliklə, gözəl görünmək və uzun illər özünü yaxşı hiss etmək üçün nə etməlisən?

Daha çox hərəkət etmək

Hərəkət - həyatdır. Ancaq bunu tez-tez unuduruq. İllər keçdikcə daha az hərəkət edirik. Nəticədə artıq çəki yığılır və sağlamlıq vəziyyəti pisləşir. İdman salonuna və hovuza yazılın, velosiped sürün, daha çox gəzintiyə çıxın və daha aktiv olun.

Az yemək

Sevdiyiniz serialları izləyərkəm divanda dondurma ilə cipsi yemək bir çox qadının arzusudur. Qoyun bu, bir xəyal olaraq qalsın. Özünüzə bu məsələdə bir dəfə güzəştə getmək bunu təkrar etmək üçün həmişə min səbəb tapmağınıza yol açacaq. Pəhrizinizə nəzarət edin! Həm də ciddi. Yaxşı dietoloq tapın və onların tövsiyələrinə əməl edin. Davamlı pəhriz saxlamağa ehtiyac yoxdur. Bu, yalnız ziyan verə bilər. Sadəcə sağlam və balanslı qidalanın.

Mütəmadi olaraq həkimləri ziyarət etmək

Sürətli kilo almağın səbəblərindən biri də hormonal tarazlığın pozulması və digər sağlamlıq problemləridir. Özünüzə laqeyd yanaşmayın. Mütəmadi tibbi müayinədən keçin. Bədəndəki nasazlıqların vaxtında müəyyən edilməsi yalnız görünüşünüzü deyil, bəlkə də həyatınızı xilas edəcək.

Özünüzü yaxşı vəziyyətdə saxlayın

35-40 yaşa qədər qadınların əksəriyyəti aktiv bir həyat tərzi sürürsə: təhsil, idman, karyera, kiçikyaşlı uşaqlar, o zaman "hər şeyi relslərə qoymaq" kimi fikrə düşüb rahatlayır. Həyat daha monoton olur, motivasiya azalır. Sizi formada saxlayacaq bir məşğuliyyət tapın. Bəlkə də öz işinizi qurmaq, dünyanı dolaşmaq, Everestə qalxmaq və ya daha bir körpə sahibi olmaq istəyirsiniz. Əsas odur ki, həyat sizə yaşamaq həzzi versin.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner