Banner
Banner

Sağlam Həyat Tərzi

Alma sirkəsinin bilmədiyimiz - 16 FAYDASI

Alma sirkəsinin bilmədiyimiz - 16 FAYDASI
13:46 13 Mart 2021

Alma sirkəsi maraqlı bir dada və almanın ətirinə sahib olan, antibakterial təsiri olan qədim bir xalq müalicəsidir. Həm yeməkdə, həm də tibbdə bu günə qədər istifadə olunur.

Tibb.fed.az bildirir ki, ta qədim zamanlardan xalq təbabətində geniş istifadə olunan alma sirkəsinin orqanizm üçün faydaları sadalamaqla tükənməz. Tarix boyu bir çox xəstəlik məhz müxtəlif meyvələrin sirkə ilə müalicə edilib. Məsələn, Hippokrat onu öskürək və soyuqdəymə zamanı qəbul etməyi tövsiyə edirdi. Italyali həkimi Tommaso del Garbo isə 1348-ci ildə vəba baş verərkən infeksiyanın qarşısını almaq üçün əllərini, üzlərini və ağzını sirkə ilə yuyub.

Qədim Roma legionerləri tərəfindən sirkə və su əla susuzluq hesab olunurdu və müasir idmançılar da onlardan nümunə götürürlər.

Ümumiyyətlə, tarix sirkənin insan orqanizminə faydalı təsirləri barədə kifayət qədər dəlil verir. Bəs müasir tibbi araşdırmalar bunu təsdiqləyirmi?

Alma sirkəsi digər sirkələr kimi məhsulun (alma şirəsinin) qıcqırmış halıdır. Alma şirəsi qıcqırdığı zaman sirkə turşusu əmələ gəlir. Nəticədə tərkibi tam başqa məhlul alınır. Alma sirkəsinin tərkibi A, B1, B2, B6, C, E vitaminləri və dəmir, kalium, kalsium, maqnezium, mis, natrium, fosfor, ftor kimi lazımlı mikroelementlərlə, fermentlərlə zəngindir.

Qan laxtalanmasını azaldan - 16 QİDA

Sonsuz, amma xüsusi qeyd etdiyimiz faydaları

1. Qan şəkərini nizamlayır. Qlükoza səviyyəsini aşağı salır. Yatmazdan əvvəl iki qaşıq qəbul etmək kifayətdir.

2. Ürəyə faydalıdır. Alma sirkəsindəki asetik turşusu, eyni zamanda, qan təzyiqi və zərərli xolesterolu (LDL) azaldır, xeyirli xolesterolu artırır (HDL). Yeməklərinizə alma sirkəsi qataraq, daha sağlam ürəyə sahib olun.

3. Arıqlamağa kömək edir. Alma sirkəsində olan asetik turşusu aclıq hissini və su itkisini azaldır. Eyni zamanda, yağ yandırılmasına da kömək edir. Piylərin parçalanma prosesini sürətləndirir, iştahanı azaldır. Salatlarınıza iki qaşıq əlavə edə bilərsiniz. Səhər-səhər ac qarına 1 stəkan suyun içinə 1 xörək qaşığı alma sirkəsi və bal qatıb için. Çəkinizdəki dəyişikliyin fərqinə varacaqsınız.

4. Həzmə yaxşı təsir edir. Balaca stəkanda suya bir qaşıq bal və bir qaşıq alma sirkəsi qarışdırıb, axşam yeməyindən yarım saat əvvəl için.

5. Qocalmağa əks təsiri var. Antioksidant xüsusiyyəti bədəndəki asit tarazlığını təmin edərək yaşlanmağı yavaşladır. Bir sprey qabına alma sirkəsi tökün, üzərinə bir az su əlavə edərək, üz təmizləyici tonik kimi istifadə edə bilərsiniz.

6. Antioksidant təsirə malikdir (xərçngin qarşısını alan). Toxuma və hüceyrələrinizə zərər verən molekullarla mübarizə aparır. Bir çox meyvə və tərəvəz kimi, alma sirkəsi də antioksidant qaynağıdır.

Zəncəfil və sarımsaq ömrü uzadır – ALİMLƏRİN QƏNAƏTİ

7. Osteoporozun müalicəsində istifadə olunur. Tərkibindəki kalsium və minerallarla osteoporoz riskini azaldır. Daha güclü sümüklər üçün yeməklərinizdə alma sirkəsindən istifadə edə bilərsiniz.

8. Boğaz ağrısına yaxşı təsir edir. Virus əleyhinə olması və antibakterial xüsusiyyəti sayəsində boğaz ağrısına qarşı istifadə edilə bilər. Alma sirkəsi ilə qarqara edərək boğaz ağrısını yumşalda bilərsiniz.

9. Üz dərisini gözəlləşdirir. Dərini ağardır, təmizləyir, piqment ləkələri və çilləri aradan qaldırır, məsamələri və ləkələri aparır. Alma sirkəsini pambığın köməyi ilə ləkələrinizin üstünə sürtdükdə ləkələr quruyur. Bu isə ləkələrin yox olmasını sürətləndirir. Dərisi yağlı olanlar hər gün üzünü alma sirkəsində isladılmış pambıqla silsin. Bu, artıq parıltını götürür, məsamələri yığır, sızanaqları müalicə edir.

10. Burun tutulmasını açır. Tərkibindəki potasium və asetik turşusu sayəsində alma sirkəsi burun tutulmasını aradan qaldırır. Bir stəkan suya bir qaşıq alma sirkəsi qarışdıraraq için.

11. Ağız iyini aradan qaldırır. Antibakterial tərkibli olması sayəsində ağız iyi ilə mübarizə apara bilir. Ağzınızı gündə ən azı bir dəfə alma sirkəsi ilə yuyun.

12. Sağlam saçlara qovuşun. Boş şampun qutusuna yarım qaşıq alma sirkəsi və bir stəkan su tökün. Həftədə bir neçə dəfə şampundan sonra saçlarınızı bu qarışımla durulayın.

13. Hıçqırığı aradan qaldırır. Hıçqırığın əsas səbəbi olan mədədəki turşuluğu nizamlayır. Alma sirkəsi ilə qarqara edərək bundan xilas ola bilərsiniz.

14. Sellüliti azaldır. Bir qaşıq alma sirkəsinə iki qaşıq yağ əlavə edərək, sellülit olan bölgəni masaj edin.

15. Damarları təmizləyir və elastikliyini artırır. Alma sirkəsi varikoz xəstəliyi zamanı damarların vəziyyətinin yaxşılaşmasına, damarların möhkəmlənməsinə, ödəmlərin aradan qaldırılmasına yaxşı kömək edir. Bunun üçün alma sirkəsi ilə olan kompreslərdən istifadə etmək olar. Parçanı alma sirkəsinə batırın və ayaqları aşağıdan yuxarıya doğru yüngül sürtün. Sirkə quruyandan sonra ayaqlarınızı yumayın.

16. Ağrını azaldır. Miqren tutması və ya adi baş ağrısı zamanı alnınıza sirkədə isladılmış parça qoyun və uzanın. Bu, ağrıların azalmasına kömək edəcək.

Alma sirkəsi kulinariyada da geniş şəkildə istifadə olunur. Ətin liflərini yumşaldır və daha həssas edir, yeməklərin dadını isə daha ləzəətli edır.

Qeyd: Mədə-bağırsaq sistemində pozulmalar - xora, eroziya olanlar alma sirkəsi qəbul etməməlidir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner