Banner
Banner

Sağlam Həyat Tərzi

1 ay alkoqol qəbul etmədikdə orqanizmdə hansı - DƏYİŞİKLİKLƏR BAŞ VERİR?

1 ay alkoqol qəbul etmədikdə orqanizmdə hansı - DƏYİŞİKLİKLƏR BAŞ VERİR?
12:13 5 May 2021

Davamlı olaraq alkoqollu içkilər qəbul etmək xərçəng, qaraciyər və ürək-damar xəstəlikləri zamanı önəmli bir risk faktorudur.

Tibb.fed.az-a Salyan rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim olunan maraqlı məqaləni təqdim edir:

"Alcohol Change United Kingdom" adlı xeyriyyə qurumu insanları 1 ay boyunca alkoqolu tərgitməyə sövq edən "Dry January" (Pak yanvar) adlı bir layihəyə başlamışlar.

İngiltərənin Sussex universitetinin tədqiqatçılarının araşdırmaları göstərir ki, sadəcə 1 ay alkoqol qəbulunun dayandırılması orqanizmdə uzun müddət davam edən faydalara səbəb olur.

Tədqiqatlar nəticəsində sübut olunub ki, layihəyə qoşulmuş üzvlər arasında aparılmış araşdırmanın nəticəsi olaraq, il ərzində layihədə iştirak etmiş üzvlərin içki qəbulu kifayət qədər azalıb. Bundan başqa sağlamlığa uzun müddətli və qısa müddətli təsirləri müəyyən olunub.

Uzun müddətli təsirlər:

Layihəyə qatılanların

● 93%-i alkoqolsuz ayın sonunda qalibiyyət hissi yaşadığını bildirib.

● 88%-i alkoqola sərf edəcəyi pulu daha yaxşı dəyərləndirib.

● 82%-i alkoqolla əlaqəli olan fərqlilik hiss ediblər.

● 80%-i alkoqol öyrəşməsini daha çox idarə etdiyini qeyd edib.

● 76%-i içməyə nə vaxt və hansı səbəblə daha çox həvəsli olduğunu anladıb.

● 71%-i əylənmək üçün içkiyə ehtiyacı olmadığını öyrənib.

● 71%-i daha yaxşı yuxuya getdiyini;

● 70%-i daha sağlam olduğunu;

● 67%-i daha enerjili olduğunu;

● 58%-i daha çox kilo itirdiyini;

● 54%-i dərisinin daha sağlam olduğunu qeyd edib.

Bundan əlavə, qısa müddətə alkoqoldan imtina edənlər də bir sıra faydalar qeyd ediblər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner