Banner
Banner
Dr Nadir Hüseynov
Dr Nadir Hüseynov
Revmatoloq
45 il iş təcrübəsi

Haqqında

Revmatoloq

Professor, Tibb Elmləri Doktoru

İş yeri: Ayan Klinikası

Aşıq Molla Cümə küç.15b

Telefon:

(+99450) 216 61 16

Həkim haqqında

N.Hüseynov Rusiya Revmatoloqlar Assosiasiyasının idarə heyətinin üzvü, Avrasiya Revmatoloqlar Cəmiyyətinin üzvü, Avropa Enzimoterapevtlər Liqasının reqional təmsilçisidir.

100-dən artıq elmi məqalə, elmi-metodik tövsiyyənin müəllifidir.

N.Hüseynov elmi-pedaqoji fəaliyyəti dövründə bir sıra yeni steroidli və qeyri-steroidli, xondroprotektor, antirevmatik preparatları, immun preparatları və polienzim preparatları klinik sınaqdan keçirmiş, onların təsir mexanizmini və müalicəvi üstünlüklərinin fərqini öyrənmişdir. Alınmış nəticələrə görə yeni dərman preparatlarının təbabətdə tətbiqinə dair həsr olunmuş müxtəlif Simpozium və Konfranslarda məqalə ilə çıxış etmişdir.

Təhsil

1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

1979-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun nəzdində “iki illik kursun” ingilis bölməsini bitirib. Alimin Moskva həyatı 1981-1991-ci illəri əhatə edir. Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının Elmi-Tədqiqat Revmatologiya İnstitutunun direktoru, dünya  şöhrətli alim, akademik V.A.Nasonovanın (Alimin ölümündən sonra adını əbədiləşdirmək üçün, ET-Revmatologiya İnstitutuna onun adı verilmişdir.) rəhbərliyi altında revmatologiya üzrə aspirantura və doktorantura keçərək 1985-ci ildə həmin institutda namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib.

Xəstəliklər müalicəsi

Revmatizm

Revmatoidli artrit

Bexterev xəstəliyi

Reaktiv artrit

Osteoartroz

Podaqra

Osteoporoz

Qirmizi qurd eşənəyi

Sklerodermiya

Dermatomiozit

Şeqren xəstəliyi

Vaskulitlər

Reyno sindromu

Bursit

Daban mahmizi-şpor

İş təcrübəsi

1991-ci ildə N.Hüseynovun təşəbbüskarlığı və elmi şuranın 9277 saylı qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Reabilitasiya İnstitutunda ilk ixtisaslaşdırılmış “ARTROLOJİ” şöbə yaradır və şöbənin rəhbəri vəzifəsinə seçilir. Şöbədə aparılan bütün elmi-tədqiqat işlərinə rəhbərlik edir.

1996-cı ildən hal-hazırki vaxta qədər Azərbaycan Tibb Universitetinin fizioterapiya kafedrasının professoru vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir.

“Neft və qaz sənayesində çalışan işçilərin sağlamlığının qorunması dövlət proqramının” həyata keçirilməsi məqsədi ilə, Nadir Hüseynov 2000-ci ildə ixtisaslaşdırılmış “Revmatologiya və Endokrinologiya” şöbəsinin rəhbəri kimi, Mərkəzi Neftçilər Xəstəxanasına dəvət olunur və 10 il müddətində yorulmadan orada çalışaraq, göstərdiyi xüsusi xidmətlərə görə 2008-ci ildə Azərbaycan Respublikası Dövlət Neft şirkətinin fəxri fərmanı ilə təltif olunur.

2004-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində “SETAL-Revmatik Xəstəliyə Tutulmuş Gənclərə Kömək”  İctimai Birliyini yaradaraq ona rəhbərlik edir və bu qrup xəstə gənclərə kömək əlini uzadır.

N.Hüseynov 2011-ci ildə “AYAN” MMC təsis edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 089272 saylı lisenziyası əsasında özəl Revmatoloji klinika yaradaraq, əhaliyə istisaslaşdırılmış Revmatoloji tibbi xidmət göstərir. 

 

Rəy bildir

Reyting əlavə et:
Banner