Banner
Banner

Qulaq, burun, boğaz

Qulaqlıqdan istifadə edərək musiqi dinləməyin - ZƏRƏRLƏRİ

Qulaqlıqdan istifadə edərək musiqi dinləməyin - ZƏRƏRLƏRİ
16:53 19 Fev 2021

Qulaqlığın maksimal səsi tövsiyə olunan dinləmə parametrlərinin on qatından daha çoxdur. Maksimum səslə hard rock deyil, klassik musiqi dinləsəniz belə, özünüzə bərpa edilməyəcək qədər ziyan vurursunuz.

Qulaqlıqlar qulağınıza necə zərər verir?

Qulaqlıqlar bir motosiklet qədər eşitmə qabiliyyətinizə zərər verə bilər. Əslində qulaqlıq çox kiçik olduğundan  bu, qəribə görünə bilər. Ancaq hər şey səsin həcmi ilə bağlıdır.

Zəncirli mişarlar və motosiklet mühərrikləri təxminən 100 desibel səs verir. Belə güclü bir səs, bir insanın yarım saatdan da az müddətdə eşitmə qabiliyyətinə zərər verə bilər.

Qulaqlıqlarda maksimum səsin 70% -ində musiqi təxminən 85 desibeldir. Səs səviyyəsini artırmaq və uzun müddət dinləmək sizi əsl təhlükə ilə üzləşdirə bilər - eşitmə itkisi.

Adamın qulaqlıq ilə musiqi dinlədikdən sonra eşitmə qabiliyyətini itirməsi halı səs-küyə bağlı eşitmə itkisinə bənzər vəziyyətdir. Bu, uşaqlar və yeniyetmələr üçün getdikcə daha ciddi bir problemə çevrilməkdədir.

Səs-küy eşitmə qabiliiyyətinin itirilməsinə necə səbəb olur?

Qulaq səsləri işləmək üçün birlikdə işləyən üç hissədən ibarətdir: xarici qulaq, orta və daxili. İlbiz adlanan daxili qulağın bir hissəsi beyinə səsli mesajlar göndərməyə kömək edən kiçik saç hüceyrələrini ehtiva edir.

Yüksək səs bu hüceyrələrə zərər verə bilər. Bu hal baş verdikdə, ilbiz səsli mesajları beyinə ötürə bilmir.

Bədənin digər hissələrinin zədələnməsindən fərqli olaraq daxili qulağın zədələnməsini müalicə etməkqeyri mümkündür. Vaxt keçdikcə daha çox saç hüceyrəsi zədələndikcə eşitmə pozulur.

Eşitmə qabiliyyətinin zədələnməməsi üçün nə etməli?

Qulaqlıqlara görə eşitmə qabiliyyətinin itirilməsi tədricən baş verir - bir çox insan bunu zamanla anlamır, yalnız tam eşitmədən məhrum olanda dərk edir.

Hər şeyin normada olmasının özü bir normadır desək, yanılmarıq. Nə qədər çox tort yeyirsinizsə, o qədər sürətli kökəlirsiniz. Səs nə qədər yüksək olarsa, daha sürətli eşitmə itkisi ola bilər. Buna görə həkimlər 60%/60 dəqiqə qaydasını tövsiyə edirlər: musiqi dinləyin, film izləyin və ya maksimum səs səviyyəsinin 60% -dən çox olmamaqla video oyun oynayın və qulaqlıqda keçirdiyiniz vaxtı ardıcıl 60 dəqiqə ilə məhdudlaşdırın.

Başqa bir variant: yanınızda oturan insanlardan musiqinizi eşidib-eşitmədiklərini soruşun. Əgər müsbət cavab alsanız, bu, eşitmə qabiliyyətinizin zədələnmə riski altında olduğuna işarədir. Səs səviyyəsini ətrafinizdaki insanların səsləri eşitmədiyi həddə kimi azaldın.

Qulaqlıqların səbəb ola biləcəyi problem yalnız eşitmə qabiliyyətinin itkisi deyil. Yüksək musiqi səbəbindən fəzada oriyentasiya da itirilmiş olur. Bu qəza şansınızı artırır.

Səsin səviyyəsini aşağı salan qulaqlıq almağa çalışın. Bu cür qulaqlıqlar qeyri-adi səs-küyün qarşısını alacaq və beləliklə də yaxşı eşitmək üçün musiqinizin səsini qaldırmağa ehtiyac qalmayacaq. Bununla belə, vəziyyətin həyatınız üçün təhlükəli ola biləcəyini də unutmayın: bəzi hallarda ətraf aləmin səsləri həyatınızı xilas edə bilər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner