Banner
Banner

Qadın Xəstəlikləri

Süd vəzisi xəstəlikləri – SİMPTOM VƏ ƏLAMƏTLƏRİ

Süd vəzisi xəstəlikləri – SİMPTOM VƏ ƏLAMƏTLƏRİ
13:50 9 Aprel 2021

Süd (döş) vəziləri ilə bağlı şikayətlərə həkim tərəfindən xüsusi diqqətin yetirilməsi tələb olunur. Həkim süd vəzi xəstəliyinə elə yanaşmalıdır ki, bədxassəli süd vəzi xəstəlikləri tez müəyyən edilsin və müalicə olunsun. Eyni zamanda, xoşxassəli xəstəliklər də diqqətdən kənarda qalmasın. Süd vəzi xərçəngi diaqnozu qorxulu olsa belə, həkimə edilən müraciətlərin əksəriyyəti nəticədə xoşxassəli süd vəzi törəməsi (şişi) kimi diaqnostika olunur.

Süd vəzi xəstəliyinin simptom və əlamətləri

Süd vəzi xəstəliyi ilə bağlı müayinə olunan xəstədə aşağıdakı dəyişikliklər müəyyən edilə bilər:

•  döş vəzi daxilində əllənən şiş və ya qalın kütlə,

•  döşün həcmi və ya görünüşünün dəyişməsi,

•  döş ağrısı,

•  döşün giləsindən drenaj və ya gilənin daxilə çevrilməsi,

Bir çox hallarda isə simptomları olmayan xəstələrdə aparılan profilaktik mammoqrafiya müayinəsində qeyri-normal tapıntılar aşkar edilə bilər.

Simptomların ilk dəfə nə zaman başladığı və necə inkişaf etdiyi və ya dəyişdiyi barədə mütləq həkimə ətraflı məlumat verilməlidir.

Simptomlar

Simptomları həkimə təsvir edərkən aşağıdakılara diqqət yetirin:

• Süd vəzinin ümumi görünüşündə dəyişikliklər, o cümlədən, ölçüsünün böyüməsi və azalması, simmetriyanın pozulması.

• Yeni və ya davamlı olan dəri dəyişiklikləri.

• Döşün giləsinin daxilə çevrilməsi (inversiyası)

• Əgər süd vəzi giləsində ifrazat mövcuddursa, onun bir və ya iki tərəfli olmasını qeyd edin. Əlavə olaraq, ifrazatın rəngi, başladığı tarix və bu xüsusiyyətlərdə hər hansı dəyişikliklərin olduğunu da qeyd edin.

• Süd vəzi nayihəsində ağrı varsa onun xüsusiyyətlərini izah edin; ağrının menstrual sikl ilə əlaqəli olub olmadığını bildirin; ağrının süd vəzi toxumasında lokalizasiyası; ağrının müddəti, xarakteri və müxtəlif hərəkətlər və ya dərman qəbulu nəticəsində ağrının yaxşılaşması və ya pisləşməsi ilə bağlı məqamları vurğulayın.

• Menstrual sikllə əlaqəli olaraq əllənən törəmənin böyüməsi və ya kiçilməsi

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner