Banner
Banner

Qadın Xəstəlikləri

Menopauzaya girmiş qadınlarda sümük sinma riski – YÜKSƏKDİR

Menopauzaya girmiş qadınlarda sümük sinma riski – YÜKSƏKDİR
14:20 16 İyun 2021

Qadınlarda osteoporoza (sümük əriməsi) rastlanma riski menopauza dövründə daha da artır.

Tibb.fed.az bildirir ki, bu barədə endokrinoloq həkim Fərhad Burzu bildirib. Onun sözlərinə görə, bu yaşda olan qadınlar bəzən sümükləri sınana qədər osteoporozun əlamətlərini hiss etmirlər. Bu isə ciddi risk faktoru yaradır. Belə ki, diqqət yetirilmədikdə sonrakı illərdə daha böyük sümük zədələnməsi ilə qarşı qarşıya qalmaq təhlükəsi yaranır.

“Menopauzaya girmiş bir qadının bud sümüyü sınığının sağalma dövrünün çox uzun çəkdiyi unutulmamalıdır. Qadın hormonu olan estrogenin menopauza ilə bərabər azalması osteoporozun əmələ gəlməsini sürətləndirir. Çünki estrogen hormonu sümüklərin yenilənməsində və möhkəmliyinin artmasında mühüm rol oynayır. 50 yaşında hər 3 qadından birində osteoporoz səbəbi ilə sümük sınmasına rast gəlinir”.

F.Burzu bu səbəbdən menopauzaya girmiş qadınların,  osteoporoz olub olmadığını müəyyənləşdirmək üçün endokrinoloqa müraciət etməsini vacib sayır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner