Banner
Banner

Qadın Xəstəlikləri

Hansı ölkələrdə hamiləliyin dayandırılması – MÜMKÜN DEYİL?

Hansı ölkələrdə hamiləliyin dayandırılması – MÜMKÜN DEYİL?
10:25 1 Mart 2021

Abortun tamamilə qadağan olunduğu ölkələr hələ də azlıqdadır. Dünyada bu ölkələrin sayı 24-ə çatıb.

Tibb.fed.az bildirir ki, abortun tamamilə qadağan olunduğu ölkələr hazırda azlıq təşkil edir: El Salvador, Nikaraqua, Malta, Filippin, Vatikan, San Marino, Dominikan Respublikası, Angola, Mavritaniya, Honduras, Yamayka, Haiti, Puerto Riko, Surinam, İraq, Senegal, Qambiya, Sierra-Leon, Konqo (Brasaville), Madaqaskar, Misir, Tayvan, Andorra. Bir il olar ki, Polşa da bu siyahıya əlavə olunub.

Yeddi ölkədə aborta yalnız sosial-iqtisadi səbəblərdən (təcavüz, qohumluq, zehni sağlamlıq, dölün inkişafdan qalması və s.) İcazə verilir: Finlandiya, Böyük Britaniya, Zambiya, Efiopiya, Hindistan, Yaponiya, Tayvan.

«Sonsuzluq 50% kişinin, 50% qadının problemidir» - MÜSAHİBƏ

Ölkələrin daha iki böyük qrupunda aborta yalnız həyat və sağlamlığı qorumaq üçün icazə verilir. Birinci qrupa, xüsusilə Lixtenşteyn, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Çili, Meksika, Venesuela, Paraqvay, Lüksemburq və bir sıra Afrika ölkələri daxildir. İkinci qrupa İordaniya, İsrail, Qətər, Küveyt, Pakistan, Tayland, Malayziya, Koreya Respublikası və Afrika ölkələrinin əksəriyyəti daxildir.

Rusiya Federasiyasında abort etdirməyə icazə verilir, lakin  Rusiya Prezidenti Vladimir Putin, abortların qarşısının alınması ilə bağlı tibbi təşkilatların işlərini qiymətləndirməyi və 2021-ci il mayın 1-dək onu yaxşılaşdırmaq üçün tədbirlər hazırlamağı tapşırıb.

ABŞ-da abort qanununun ştatlar səviyyəsində dəyişdiyi federal bir sistem mövcuddur. Yəni, fərqli ştatların öz qaydaları var, lakin əksəriyyətində abortlara icazə verilir.

Kanada, Kuba, Qrenlandiya və İslandiyada, eləcə də Norveç və İrlandiyada hamiləliklərə son vermək olar. Qadınların seçim etməkdə sərbəst olduğu ölkələr arasında demək olar ki, bütün Avropa ölkələri var.

Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Mozambik, Cənubi Afrika, Avstraliya, Yeni Zelandiyada da aborta icazə verilir.

Bu siyahıya Yeni Kaledoniya, Kamboca, Vyetnam, Nepal, Çin, DXR Koreya, Monqolustan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan daxildir.

BMT ölkələri qadınları təhlükəsiz və qanuni abort hüququna zəmanət verməyə çağırıb. Abortun qadağan olunduğu yerlərdə qadınların sağlamlığı ciddi risk altındadır.

BMT-yə görə dünyada hər il təhlükəli vəziyyətdə 25 milyon hamiləliyin süni yolla dayandırılması ilə bağlı əməliyyat keçirilir. Hər il bu kimi əməliyyatlar nəticəsində 22 min qadın ölür. Gizli abortlar zamanı sonsuzluğa səbəb olanlar da daxil olmaqla təxminən 7 milyon qadın xəsarət alır.

BMT-nin vurğuladığı kimi, məhz əhalinin yoxsul və həssas qruplarının nümayəndələri ilk növbədə ayrı-seçkilik və abort qadağasının qurbanı olurlar.

Mütəxəssislər xatırladır ki, beynəlxalq hüquq standartlarına uyğun olaraq, abort etdirməyə qərar verən qadınlara qarşı dövlətlər cinayət məsuliyyəti yaradan qanunu tətbiq edə bilməzlər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner