Banner
Banner

Onkologiya

Yaşıl çaydaki antioksidant şiş böyüməsinin qarşısını almağa KÖMƏK EDIR

Yaşıl çaydaki antioksidant şiş böyüməsinin qarşısını almağa KÖMƏK EDIR
17:33 16 Fev 2021

Çin və ABŞ-dan olan tədqiqatçılar yaşıl çayın antioksidantı olan “epigallocatechin galate”nin DNA zədəsini düzəldə bilən və xərçəng hüceyrələrini məhv edən bir protein olan P53 səviyyəsini artırdığını aşkar ediblər. Tədqiqat xərçəngə qarşı  dərmanların kəşfi üçün yeni imkanlar açır. Bu barədə “tibb.fed.az” “Nature Communications” jurnalında dərc olunan məqaləyə istinadən xəbər verir.

“P53 və epigallocatechin galate (EGCG) molekulları xüsusilə  maraq kəsb edir. P53 genindəki mutasiyalar xərçəng hüceyrələrinin 50%-dən çoxunda mövcuddur. "EGCG yaşıl çayın əsas antioksidantıdır", əsərin müəllifi, Politexnik İnstitutunun biologiya professoru Renseler Wang belə deyir: “İndi biz bu maddələr arasında əvvəllər bilinməyən birbaşa qarşılıqlı təsiri aşkar etdik. Hansı ki, xərçəng əleyhinə yeni dərmanların aşkarlanmasında açar ola bilər. İşimiz, EGCG'nin p53 aktivliyini necə artırdığını izah edir. "

P53 xərçəng əleyhinə tanınmış bir neçə funksiyaya malikdir. Həmçinin onlar xərcəng hüceyrələrinin böyüməsini dayandırır, DNT bərpasını aktivləşdirir və DNT zədəsi düzəlmədikdə, hüceyrələrin məhvi üçün proqramlaşdırılmanı işə salır. Alimlər, EGCG ilə p53 arasındakı qarşılıqlı əlaqənin zülalın parçalanmasının qarşısını aldığını təsbit ediblər. Ümumiyyətlə p53, N-terminalı MDM2 zülalı ilə qarşılıqlı əlaqədə olduqda sürətlə azalır, bu da p53 hüceyrələrin içindəki konsentrasiyanı aşağı salır.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner