Banner
Banner

Onkologiya

Xərçəng xəstəliyinin erkən diaqnozunda – ELMİ İNQİLAB

Xərçəng xəstəliyinin erkən diaqnozunda – ELMİ İNQİLAB
15:40 21 Mart 2021

Böyük Britaniyada bağırsaq xərçənginin erkən diaqnozu üçün kamera kapsulları  sinaqdan keçirilməyə başlayıb.

Tibb.fed.az xarici tibbi nəşrlərə istunadən xəbər verir ki, Böyük Britaniyada bağırsaq xərçənginin evdə erkən diaqnozu üçün yeni cihazın sınaqlarına başlanır. Bu cihaz kolonoskopiyaya ağrısız bir alternativ ola bilər

Bağırsaq xərçənginə testdən keçmək üçün, tezliklə balıq yağı kapsulası ölçüsündə bir həb udmaq kifayət edəcəkdir. Bunu müstəqil şəkildə evdə də etmək mümkün olacaq.

PillCam ("həb kamerası") adlanan iki santimetr ölçülü kapsula ehtiva edən bu kiçik cihaz videokamera və daxili kameranın görüntülərini xəstənin taxdığı kəmərə bağlanan qəbulediciyə yönləndirən bir ötürücüdür.

Yeni cihaz artıq London Universiteti kollecində və Şotlandiyada bir sıra tibb müəssisələrində endoskopistlər tərəfindən istifadə olunur. İndi İngiltərənin 40 bölgəsində 11.000 xəstənin iştirakı ilə sınaqlar başlayır.

“Kolbasa orqanizm üçün siqaretdən daha təhlükəlidir” – ONKOLOQ

Kapsul bədəndə beş-səkkiz saat müddətində qalır və bağırsaq yolu ilə xaric olur. Prosedur tamamilə zərərsiz və ağrısızdır. Xərçəngli şişlərlə yanaşı bu kapsul Kron xəstəliyi kimi digər xəstəliklərin əlamətlərini də aşkar edə bilir. Yeni metod "kapsul endoskopiyası" adını alıb.

İndiyə qədər endoskopiya anesteziya ilə klinik şəraitdə aparılırdı.

Kapsul endoskopiyası, ənənəvi endoskopiya kimi, mədənin zəiflədicilər  vasitəsilə əvvəlcədən təmizlənməsini və eyni zamanda tibb müəssisəsinə iki dəfə gəlməsini təmin edir - cihazı qəbul etmək və görüntülərlə həkimə qaytarmaq.

İngiltərə Milli Səhiyyə Xidmətinin rəhbəri Simon Stevens bildirib ki: “Elmi fantastika reallığa çevrilir. Kiçik kamera saniyədə iki şəkil çəkərək insan bədənində hərəkət edir. Kral Həkimlər Cəmiyyətinin prezidenti, professor Endryu Qoddard isə "Tibbin gələcəyi evə daha yaxın yerdədır" söyləyib: “Milli Səhiyyə Xidmətinin uzunmüddətli baxışı belədir. Texnologiya inkişaf etdikcə evdə daha çox araşdırma aparılacaq. Covid-19 pandemiyası bu tendensiyanı sürətləndirdi”.

Milli Səhiyyə Xidmətinin Onkologiya Departamentinin direktoru, professor Peter Conson, həkimlərin koronavirusla əlaqəli klinik müayinələrin sayının azalması səbəbindən inkişaf etmiş xərçəng hadisələrinin sayının artmasından qorxduqlarını söylədi.

Məşhur İngilis onkoloq professor Martin Marşal yeni metodun sınaqlarının nəticələrini həvəslə gözlədiyini söylədi. Bir çox insanın invaziv diaqnostikadan çəkindiyini vurğulayan məşhur professor kapsul kolonoskopiyasının narahatlıqdan çəkinməyə kömək edəcəyini proqnozlaşdırır.

Bağırsaq şişləri xərçəngin növü olaraq Britaniyada ölümlə nəticələnməsinə görə ikinci yerdə gəlir. Ildə orta hesabla bu xəstəlikdən 16,600 ölüm halları baş verir. Erkən diaqnoz isə xərçəngin müalicəsi üçün çox vacib amildir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner