Banner
Banner

Onkologiya

Xərçəng xəstəliyini yaradan - ƏSAS SƏBƏBLƏR AÇIQLANDI

Xərçəng xəstəliyini yaradan - ƏSAS SƏBƏBLƏR AÇIQLANDI
08:20 5 Fev 2021

4 Fevral Dünya Xərçəng Günüdür.

Hər ilin bu günü Dünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi, bu xəstəliyin yükünü azaltmaq üçün tədbirlər haqqında məlumat yaymaqda Beynəlxalq Xərçənglə Mübarizə Birliyinə dəstək verirlər.

Tibb.fed.az xəbər verir ki, xərçəng, bədənin hər hansı bir hissəsini təsir edə biləcək 100-dən çox xəstəlik üçün ümumi bir addır. Xərçəngin əlamətlərindən biri də normal sərhədlərindən kənara çıxan anormal hüceyrələrin sürətli əmələ gəlməsidir.

Tütün tüstüsü kimi kanserogen (yəni xərçəng yaradan) maddələrlə təmasdan qaçmaqla xərçəng hadisələrini 40%-ə qədər azaltmaq olar. Bir çox xərçəng növü erkən aşkar edilərsə və lazımınca müalicə edilərsə yaxşılaşma ehtimalı yüksəkdir.

Xərçəng xəstəliyi ilə bağlı əsas faktlar:

•          Xərçəng, 2012-ci ildə 8,2 milyon xərçəng ölümü ilə dünyadakı əsas ölüm səbəblərindən biridir.

•          Hər il xərçəng ölümlərinin əksəriyyəti ağciyər, mədə, qaraciyər, yoğun bağırsaq və məmə xərçəngindən olur.

•          Kişilərdə və qadınlarda ən çox görülən xərçəng növləri bir-birindən fərqlənir.

•          Xərçəng ölümlərinin təxminən 30%-i insanın davranış və qidalanması ilə bağlı 5 səbəblə əlaqədardır. Bunlar, bədənin yüksək çəkisi, meyvə və tərəvəzlərin az qəbulu, fiziki hərəkətsizlik, tütün istifadəsi və alkoqol istifadəsidir.

•          Tütün istifadəsi, xərçəng üçün ən böyük risk faktorudur, qlobal xərçəng ölümlərinin 22%-i və qlobal ağciyər xərçəngi ölümlərinin 71%-i bu səbəbdən yaranır.

•          HBV / HCV və HPV kimi xərçəngə səbəb olan infeksiyalar, aşağı və orta gəlirli ölkələrdə xərçəng ölümlərinin 20% -nə səbəb olur.

•          2008-ci ildə bütün xərçəng ölümlərinin təxminən 70%-i aşağı və orta gəlirli ölkələrdə baş verib.

•          2030-cu ilədək xərçəng ölümlərinin daha da artaraq 13,1 milyona çatacağı gözlənilir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner