Banner
Banner

Onkologiya

Mədə xərçəngi - YARANMA SƏBƏBLƏRİ

Mədə xərçəngi - YARANMA SƏBƏBLƏRİ
11:50 26 Mart 2021

Mədə xərçəngi — mədənin selikli qişasının epitel hüceyrələrində əmələ gələn bədxassəli şişdir. Əvvəl ümumi zəiflik, iştahın azalması, arıqlama, anemiya, psixi depressiya meydana çıxır. Ağrı sindromu şişin mədənin pilorik və kardial hissəsinə yayıldıqdan sonra əmələ gəlir. Mədə dibinin xərçəngi də uzun müddət simptomsuz gedə bilər. İlk şikayətlər enterokardia tipli agrılar olur. Proses diafraqma və plevraa keçdikdə təkrarlanır.

Tibb.fed.az mədə xərçənginin yaranma səbəblərini açıqlayır

Hal-hazırda mədə xərçənginin yaranma səbəbi tam aydın deyil. Lakin müasir inkişaf nəzəriyyəsi mədənin selikli qişasının Helicobakter Pylori infeksiyalarının mühüm rolu olduğu qənaətindədir. Risk faktorları kimi xroniki qastrit, mədədə cərrahi əməliyyatın aparılması, vitamin B12 çatışmazlığı anemiyası, genetik meyillilik göstərilir. Mədədə adenomanın inkişafı, xroniki qastritin nəticəsi olaraq mədənin selikli qişasının atrofiyaya məruz qalması və mədənin xroniki xorası, mədə xərçənginin yüksək risk faktoru hesab olunur.

“Kolbasa orqanizm üçün siqaretdən daha təhlükəlidir” – ONKOLOQ

Əlamətləri

Mədə xərçənginin ilkin inkişaf mərhələsi adətən əlamətsiz olur. Çünki toxumalar o zaman ciddi xarakterli zədə almır və bu səbəbdən xəstə onun varlığından xəbəri olmur. Şikayətlər və xəstəlik əlamətləri adətən mədə xərçəngi ikinci və üçüncü mərhələlərdə olduqda başlayır. Mədə xərçəngi inkişaf etdikcə əlamətlər var ki, özünü büruzə verir. Mədə nahiyəsində intensivliyi və güclü olmayan ağrılar peyda olur. Az miqdarda qida qəbulundan sonra mədədə ağırlıq hissləri yaranır. Mədənin gec boşalması halları narahat edir. İştaha pozulur, xəstə arıqlayır, öyümə və qusma halları getdikcə intensivləşir. Mədə xərçəngi inkişaf etdikcə xəstəlik əlamətləri də artır. Xərçəng üçüncü mərhələyə keçdikdə mədə divarını tam olaraq zədələyir və yayılmağa başlayır. Şiş damarları zədələdikdən sonra mədədə qanaxmalar ola bilir. Nəticədə qan azlığı (anemiya) yaranır, iştaha düşür, ümumi zəiflik inkişaf edir. Əlbəttə bu əlamətlər mütləq xərçəng xəstəliklərində olmur, bu səbəbdən tam müayinə olunmamış xərçəng şişi barədə düşünmək lazım deyil. Yalnız tam müayinə metodları tətbiq olunandan sonra, biopsiya daxil olmaqla diaqnoz ya təsdiqlənir, yada ki, inkar edilir və faktla bağlı müalicə tətbiq olunur.

Erkən mədə xərçəngi proporsiyası effekti

"Erkən mədə xərçəngi proporsiyası effekti" fenomeninə görə mədə xərçənginin erkən mərhələdə (T1 mərhələdə) aşkar edilmə faizi artdıqca T2, T3 və T4 mərhələli rezektabel mədə xərçənginin də radikal cərrahi əməliyyatdan sonrakı proqnozu ayrılıqda yüksəlir. Başqa sözlə, fenomen elmi şəkildə izah edir ki, profilaktik müayinələr (check-up, screening) vasitəsilə mədə xərçənginin erkən mərhələdə aşkar edilmə tezliyini artırmaqla T2, T3 və T4 mərhələli rezektabel mədə xərçəngi olan xəstələrin də radikal cərrahi əməliyyatdan sonrakı yaşama göstəricilərini və sağalma faizlərini yüksəltmək mümkündür.

Diaqnoz

Mədə xərçənginin diaqnozunun yeganə təsdiqedici faktoru, şişin histoloji müayinəsidir. Əlavə müayinə üsulları ilə xəstəliyin xarakteri, həcmi və lokalizə sahəsi öyrənilir ki, müalicə tədbiri dəyərləndirilsin. Həmçinin mədə xərçəngində informatik məna daşıyan, qanın biokimyəvi və klinik analizlərinin olunması vacibdir. Müalicəni gecikdirmək və yaxud tam məlumatı əldə etməyincə tələsdirmək olmaz! Əgər xəstəni narahat edən məqamlar varsa, hələlik simptomatik müalicə metodlarından istifadə olunur. 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner