Banner
Banner

Onkologiya

 “Kolbasa orqanizm üçün siqaretdən daha təhlükəlidir” – ONKOLOQ

 “Kolbasa orqanizm üçün siqaretdən daha təhlükəlidir” – ONKOLOQ
10:11 11 Mart 2021

Onkoloq kolbasanın siqaretdən daha təhlükəli olduğunu bildirib.

"Əlli qram bişməmiş hisə verilmiş kolbasa, bir paket siqaretdən daha çox kanserogen ehtiva edə bilər". Tibb.fed.az bildirir ki, bu barədə rusiyalı onkoloq Alexander Seryakov "Prime" agentliyinə xəbərdarlıq edib. Onun sözlərinə görə, təhlükə məhz kolabanın tüstülə hazırlanması metodundadır.

Həkim ətdən hazırlanmış bu cür məhsulları yeməməyi məsləhət görüb. Onun sözlərinə görə, son araşdırmalar işlənmiş ət məhsullarının gündəlik istehlakının həzm sistemi xərçənginə tutulma riskini 18% artırdığını göstərir.

"Belə bir kolbasada nitritlərə əlavə olaraq kanserogen aktivliyi sübut olunmuş başqa bir maddə ola bilər - benzpiren. Hisə verilməsi üçün ağacın termal parçalanması ilə əmələ gəlir" deyə həkim izah edib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner