Banner
Banner

Onkologiya

Isti çayın təhlükəsi: türk həkimdən - AÇIQLAMA

Isti çayın təhlükəsi: türk həkimdən - AÇIQLAMA
10:22 6 Aprel 2021

Əksəriyyətimiz günümüzü bir fincan isti çay olmadan təsəvvür edə bilmirik. Ancaq bu asılılığın mənfi nəticələri var.

Tibb.fed.az Türkiyənin “Cumhuriyet” nəşrinə istinadən xəbər verir ki, bu barədə qastroenteroloq Vedat Geral jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, isti çay sevgisi (istiliyi 65 dərəcəni keçərsə) həzm sistemində onkoloji xəstəliklərin inkişafı ilə nəticələnə bilər.

Çayın bağırsaq, mədə və ağciyər xərçəngi xəstəliklərinə qarşı – QORUYUCU TƏSİRİ

Mütəxəssis bu cür xəstəliklərə bu içkiyə sevgisi ilə tanınan ölkələrin sakinləri arasında daha çox rast gəlindiyini qeyd edib. Söhbət Türkiyə, Qazaxıstan və Orta Asiyanın digər ölkələrindən gedir.

İsti çay içmək siqaret və alkoqol kimi pis vərdişlərlə birləşdirilərsə, onkologiyanın inkişaf riski daha da artır.

Vedat Geral çayın istiliyinin orta səviyyədə olmasını və bu içkinin gündə üç fincandan çox içilməməli olduğunu vurğulayıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner