Banner
Banner

Mədə-bağırsaq

Mədə ağrısını azaltmağın – 5 YOLU

Mədə ağrısını azaltmağın – 5 YOLU
14:57 1 Aprel 2021

Mədə ağrısı qastrit, mədə xorası və hətta mədə xərçənginə işarə edə bilər.

Tibb.fed.az tibbi mənbələrə istnadən bildirir ki, bu səbəbdən mədə ağrısına laqeyd yanaşmaq olmaz, vaxt itirmədən qastroenteroloqa müraciət etmək lazımdır.

Mədə ağrısı zamanı ilk yardım kimi antasid preparatlarından (maaloks, almagel və s.) istifadə yaxşı effekt verir. Lakin nəzərə almaq lazımdır ki, bu vasitələr müalicə etmir, yalnız ağrını azaldır. Həmçinin mütəxəssislər bu vasitələrdən uzun müddət ərzində istifadə etməyi tövsiyə etmirlər. 

Bəzi sadə və təbii vasitələr də mədə ağrısını azaltmağa kömək edir. Mədə ağrısını azaltmaq yollari bunlardır. 

1. Adi su

Mədə ağrısı zamanı kiçik qurtumlarla su için. Bu sadə vasitə ağrını azaltmağa kömək edir.

2. Süd

Süd mədə turşusunu neytrallaşdırır və mədə ağrılarını azaldır.

3. Soda

Yarım ç.q. sodanı yarım stəkan suda həll edin və için. Soda mədə ağrısını azaldan ən tanınmış vasitədir. Lakin onu da nəzərə alın ki, bu vasitədən tez-tez istifadə fəsadların inkişafına və xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər.

4. Nişasta

Nişasta və sudan çox da qatı olmayan "kraxmal" bişirin və bu vasitədən yarım stəkan için. Nişasta da mədənin turşuluğunu azaldır və bununla da ağrıların azalmasına kömək edir.

5. Nanə çayı

1 ç.q. nanəni 1 fincan isti suda 30 dəqiqə dəmləyin, süzün və kiçik qurtumlarla için. Nanə mədədə spazmı azaldır, xəstənin vəziyyətini yüngülləşdirir.  

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner