Banner
Banner

Mədə-bağırsaq

Appendisitin – ƏLAMƏTLƏRİ

Appendisitin – ƏLAMƏTLƏRİ
10:48 13 Aprel 2021

Appendisit - korbağırsağın soxulcanabənzər çıxıntısının iltihabı. Qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunur. Yalnız südəmər uşaqlarda xəstəliyə təsadüf edilmir.

Tibb.fed.az bildirir ki, xəstəliyin ağır formaları daha çox ahıl və qoca insanlarda rastlanılır. Appendisit çox vaxt daima bağırsaqlarda qalan və normal həzm prosesi üçün lazım olan qarışıq qeyri-spesfik bakteriyaların fəaliyyəti ilə əlaqədar baş verir. Qeyri-spesfik bakteriyalardan bağırsaq çöpləri üstünlük təşkil edir. Soxulcanabənzər çıxıntının spesifik flora ilə zədələnməsinə çox nadir hallarda təsadüf edilir. Morfoloji olaraq kataral, fleqmonoz (çıxıntının bütün qişalarının irinli iltihabı) və qanqrenoz (divar qişalarının hamısının ölməsindən tutmuş bəzən onun deşilməsinə – qanqrenoz-perforativ Appendisitədək) Appendisitlər var. Xəstəlik inkişaf etdikcə sağ qalça çuxurunda periton iltihab prosesinə cəlb olunur və yerli, sonra isə yayılmış peritonit baş verir. Orqanizmin müdafiə qüvvəsi yaxşı olduqda iltihabi proses məhdudlaşır və infiltrat formalaşır. O isə sonradan absesə (irinliyə) çevrilə bilər. Bəzən qarın boşluğu absesi əmələ gəlir. İltihabın müsariqəyə yayılması, qaraciyərin çoxsaylı metastatik absesinin inkişafı ilə flebitin (pileflebit –qapı venasının iltihabı) və sepsisin baş verməsi mümkündür. Xəstəlik adətən qarınüstü və ya göbəkətrafı sahədə olan arasıkəsilməz sızıldayan ağrıların meydana çıxması ilə başlayır və bir neçə saatdan sonra sağ qalça çuxuruna keçir, ürəkbulanma, ağızda quruluq, ümumi əzginlik, temperaturun 38,5°C-yə qədər qalxması, taxikardiya baş verir.

Qanda leykositlərin sayı artır. Qarının palpasiyası zamanı soxulcanabənzər çıxıntının yerləşdiyi nahiyədə ağrı müəyyən edilir. Kəskin Peritonitin inkişafı zamanı sağ qalça nahiyəsi əzələlərinin gərginləşməsi meydana çıxır. Klinik mənzərə müxtəlifdir və soxulcanabənzər çıxıntının yerləşməsindən asılı olaraq dəyişir. Bununla əlaqədar Appendisit özünü xolesistit (qaraciyərin altında yerləşdikdə), sistit (çanaqda yerləşdikdə), sağ böyrəyin və sidik axarının patologiyası (kor bağırsağın arxasında yerləşdikdə) və s. kimi göstərə bilər. Hamilə qadınlarda kəskin Appendisitin diaqnostikası çətin olur və diaqnoz klinik mənzərəyə, leykositlərin dinamikasına nəzarət əsasında qoyulur. Şübhəli hallarda təcili laparaskopiyanın aparılmasına göstəriş olur.

Əməliyyat özü appendektomiya adlanır. Əməliyyat özü iki üsulla icra oluna bilər: 1)açıq üsul, yəni qarın boşluğunun yarılması; 2) laparoskopik, yəni minimal invaziv üsul. Laparoskopik üsulla appendektomiya qarın boşluğu yarılmadan ora göbək nahiyyəsindən inçision-punktion yolla daxil edilmiş optik cihaz və qarının aşağı iki yan tərəflərindən inçision-punktion yolla daxil edilmiş iki köməkçi alətlər vasitəsilə monitorda müşahidə aparmaqla icra olunur. Cərrahi əməliyyatdan sonrakı ilk günlərdə – antibakterial və simptomatik müalicə aparılır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner