Banner
Banner
Oksigen Klinik Xəstəxanası (Oksigen Tibb Mərkəzi)
Oksigen Klinik Xəstəxanası (Oksigen Tibb Mərkəzi)
Klinikalar

Haqqında

Haqqında

2009-cu ilin yanvar ayından fəaliyyət göstərən Oksigen Klinik Xəstəxanası tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi böyük bir tibb ocağıdır. Klinika Nərimanov metrostansiyasının ətrafında, N.Nərimanov adına istirahət parkı ilə üzbəüz yerləşir.

Oksigen Klinikası stasionar və poliklinika şöbələrindən ibarətdir. Hər cür müasir tibbi avadanlıqlarla təmin olunub.

Hər mərtəbə geniş hall və dəhlizə malikdir. Xüsusi dizayna malik diaqnostik otaqlar, həkim kabinaları, işıqlı, geniş olmaqla bütün standartlara uyğundur. Palatalar xəstələrin sağlamlığının qısa müddətdə bərpası üçün bütün imkanlara malik olmaqla göz oxşayır.

Döşəmə və divarlar bütünlüklə tibb müəssələri üçün nəzərdə tutulmuş antibakterial materiallarla örtülmüşdür. Mərkəzləşdirilmiş qızdırıcı və sərinləşdirici qapalı havadəyişmə sistemi qurulmuşdur.  Əməliyyat və reanimasiya şöbəsindəki-hepofiltrlər sayəsində ideal aseptik şərait yaradılır.

Klinika stasionar və poliklinika şöbələrindən ibarətdir.

Birinci mərtəbədə-xəstələrin rahat qəbulu üçün geniş hol, resepşn, bütün növ laborator analizlərin aparılması üçün lazım olan analizatorlara malik laboratoriya şöbəsi, analizlərin qəbulu, qan götürmə otağı,  çamaşırxana, təcili yardım şöbəsi, litotripsiya, diaqnostik kabinalar - kompyuter tomoqrafiya, maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen, USM yerləşir.

Ikinci mərtəbədə - ginekoloji, uroloji, xüsusi rentgen aparatı və müasir avadanlıqla təchiz olunmuş stomatoloji kabina, cərrah otağı, peyvənd otağı kolonoskopiya qastroskopiya və terapevt otaqları yerləşir. Hər bir otaq son texnoloji müayinə və müasir müalicə cihazları ilə təhciz olunmuşdur.

Üçüncü mərtəbədə əsasən diaqnostik otaqlar, funksional- kardioloji, EKQ, rəngli dopleo –exokardioqrafiya,fiziki yük(tredmil sınağı), EKQ(holter) ürək fəaliyyətinin fasiləsiz monitirinqi, qan təzyiqi və nəbzin 24 saat ərzində fasiləsiz monitorinqi aparılan otaqlar yerləşir.

"Oftalmologiya” gözə özəl son texnoloji müayinə və müalicə cihazları ilə xidmət, müasir cihazlarla təchiz olunmuş otolorinqoloji, kardioloji, travmatoloji, endokrinoloji, damar cərrahiyyəsi otaqları yerləşir. Müasir müalicə aparatları ilə əzələ, sümük oynaq xəstəlikləri müalicə edilir.

Dördüncü mərtəbə-doğum şöbəsindən ibarətdir. Palatalar 1-2 nəfərlik olmaqla bütün nəzarət və intensiv müalicə qurğuları ilə təchiz edilmişdir. Hər bir palata duş kabinaları, sputnik televiziya, kondisioner, telefon, WI-FI, növbətçi tibb bacısının və həkimin çağırışı üçün xüsusi pultlarla təmin edilib.

Ana şöbəyə daxil olduqda ilk növbədə "DATEX OHMEDA” kardiotokografiya (KTG) apparatı ilə dölün bətndaxili ürək döyüntüsü təyin edilir. Dölün ürək döyüntüləri uşaqlıq əzələsinin yıgılmaları, dölün hərəkətindən və eyni zamanda qıcıqların təsirindən asılıdır. Müəyyən edilmişdir ki, dölün hipoksiyası zamanı da ürək fəaliyyəti dəyişilir.

Yüksək səviyyədə avadanlıqlarla təchiz olmuş Neonotoloji bölümdə müasir standartlara cavab verən aparatlar mövcuddur."GİRAFFE” inkubatorları yeni doğulmuşların reanimasiyasında işlənilir. Yuxarı hissəsi mobil olduğuna görə prosedurların keçirilməsi asanlaşır. Adi inkubatorlardan fərqli olaraq uşağın həm çəkisini, həm temperaturunu inkubatordan çıxarmadan ölçmək olar. Bütün inkubatorlar "DATEX OHMEDA” monitorları ilə təchiz olunub. Belə ki, reanimasiyada müalicə alan yeni doğulmuşların ürək-damar, tənəffüs, termorequlyasiyası və başqa göstəricilər 24 saat bu monitorlarla izlənilir. "BİLİSOFT” fototerapiya aparatı vaxtında və vaxtından əvvəl doğulmuş uşaqlarda hiperbilirubinemiyaların müalicəsi zamanı istifadə olunur. Stasionar tipli fototerapiyadan fərqli olaraq, "BİLİSOFT” ev şəraitində və uşağı anadan ayırmadan istifadə edilə bilər. Stasionar tipli fototerapiya küvezlərdə müalicə alan uşaqlar üçün nəzərdə tutulub. "ENQSTOM CARESTATİON” süni tənəffüs apparatı PC; SİMV; CPAP və digər rejimlərdə vaxtından əvvəl doğulmuş və ağır tənəffüs çatmamazlığı olan uşaqlarda uğurla istifadə edilir.
Beşinci mərtəbə stasionar şöbədən ibarətdir. Palatalar 1 və 2 nəfərlik olmaqla bütün nəzarət və intensiv müalicə qurğuları ilə təchiz edilmişdir; hər bir palata duş kabinələri, sputnik televiziya, kondisioner, telefon, növbətçi tibb bacısının və həkimin çağırışı üçün xüsusi pultlarla təmin edilib. Belə ki, bütün müalicə müddətində xəstənin ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq,nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə tachizatı) daimi nəzarətdə saxlanılır.
Altıncı mərtəbədə əməliyyatxana və reanimasiya yerləşir. Burada əməliyyat bloku son model aparatlarla təchiz olunmuşdur. Əməliyyatxana 5 əməliyyat blokundan ibarətdir. Əməliyyatxana endoskopik tibbi avadanlıqla təchiz olunmuşdur. Endoskopik tibbi avadanlıqlar istehsal sahəsində dünya lideri sayılan "KARlSTORZ" firmasına məxsus aparatlarla təchiz olunub. "CE medical Systems" Almaniya istehsalı olan Datex Ohmeda markalı "Kardioserv" defibrilayatorlar 3 ədəd "Datex Ohmeda Centivo-5" tipli kardiomonitorları, 2 ədəd "Datex Ohmeda Centivo-5" tipli narkoz aparatları, 3 ədəd "Perfuzor-Litva-Vilnus" istehsalı olan, 2 ədəd Koreya istehsalı olan Medifusion aparatları ilə təmin olunmuşdur. Centivo-5 tipli monitorların köməyi ilə xəstənin A/T, nəbzi, oksigenin miqdarı, EKQ monitorinqi, sinir-əzələ keçiriciliyi əməliyyatın gedişi boyu daim nəzarətdə saxlanılır. Əməliyyatdan sonra xəstələr 9 çarpayılıq, tam müasir tələblərə uyğun aparatlarla təmin olunmuş reanimasiya şöbəsinə köçürülür. Burada ən son model "Dotex Ohmeda Certivo-5" tipli süni tənəffüs aparatı mövcuddur. Bu aparatın digər aparatlardan fərqi ondadır ki, 5 rejimdə işləyə bilir. (CMV,Simv,cpap,Bilevel /ASB,ASB/Arnea) Bu aparatın köməkçi funksiya daşıyan rejimləri var:

  1. NIV
  2. ARC
  3. APD
  4. ASR
  5. CMV (idarəolunan məcburi ventilyasiya)
  6. SİMV /ASB (fasiləli sinxronlaşdırılmış məcburi ventilyasiya)
  7. Cpap (tənəffüs yollarında fasiləsiz müsbət təzyiq)
  8. ASB/Apnea (asfinksiyalar zamanı köməkçi tənəffüs)

Köməkçi rejimlər;

  1. NİV-qeyri invaziv ventilyasiya
  2. ARC-tənəffüs traktına müqavimətin kompensasiyası
  3. ASK-tənəffüs yollarının avtomatik sorulma proqramı

Bundan əlavə reanimasiya "CardioServ" tipli defibrilyar var. Üstün cəhətləri: əlavə olaraq kardio versiya funksiyası, standart aparatlarla daxili və xarici defibrilyasiya mümkündür.

Tibbdə Son Texnologiya! Son Yenilik !
Maqnit Rezonans Tomoqrafiyası Oksigen klinik xəstəxanasında

Oksigen Klinik xəstəxanasında fəaliyyət göstərən 1,5 Tesla Brivo MR 355 markalı General Electric firmasına məxsus olub, özündə 1,5 Tesla maqnit sahəsi, diametri 70 santimetr olan geniş tunel və Tim texnologiyası (tam vizual matrisa) birləşdirir. Tim texnologiyası əməyin təşkilini sadələşdirir, xəstələrə xidmətin səmərəliliyini artırır. Bu təsvirin yüksək keyfiyyətini, xəstə üçün hər cür rahatlığı təmin edir, diaqnostikaya geniş imkanlar açır. Bundan əlavə, sistemin belə konstruksiyası həm dolu bədənli, həm də klaustrofobiyadan əziyyət çəkən (qapalı yerdən qorxan) xəstələrin diaqnostikasını asanlaşdırır. Sistemin tunelinin diametrinin 70 santimetr olması klaustrofobik reaksiyaların inkişafı riskini xeyli azaldır. Bundan əlavə, tunelin diametrinin böyüməsi elə xəstələri müayinə etməyə imkan verir ki, belə xəstələrdə, məsələn, aşkar kifozdan, hərəkət məhdudiyyətlərindən, lokal ağrılardan əziyyət çəkənlərdə, uşaqlarda və dolu bədənli xəstələrdə müasir tələblərə cavab verməyən MR-tomoqrafların köməyi ilə skanlama aparmaq mümkün deyildir. 1,5 Tesla sahəsinin gərginliyi və geniş tunel texnologiyası həyat təminatı qurğularına qoşulmuş xəstələri, intensiv terapiya bölmələrinin xəstələrini və üzərində intraəməliyyat prosedurları aparılacaq xəstələri müayinə etməyə imkan verir. 1,5 Tesla Brivo MR 355 sistemi ağır xəstəliklər və "problemli” xəstələr üzərində çox tez və etibarlı tədqiqatlar aparmağa şərait yaradır ki, bu, müalicənin düzgün seçilməsini asanlaşdırır.

Klinikada doğum evi vardır.

Ünvan:

AZ 1052, Təbriz küç. 189, 1959-cu məhəllə, (N.Nərimanov kinoteatrının arxası), Bakı

Telefon:

(+99412) 906

(+99470) 906 09 06

(+99412) 465 00 23

(+99412) 465 00 24

İş günləri:

Hər gün 24 saat

Rəy bildir

Reyting əlavə et:
Banner