Banner
Banner
Modern Hospital
Modern Hospital
Klinikalar

Haqqında

Hazırda ölkəmizdə 500-ə yaxın özəl tibbi müəssisə fəaliyyət göstərir ki, onlar dünya təcrübəsindən bəhrələnərək tibbi xidmətin müasir səviyyədə təşkilinə öz töhfələrini verir. Belə müəssələrdən biri də 2008-ci ilin noyabr ayında Bakıda fəaliyyətə başlayan, müasir avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı həkimlərin çalışdığı Modern Hospitaldır. Klinika çoxprofillidir, burada pasientlərə həm də stasionar xidmət göstərilir, ürək cərrahiyyəsindən başqa bir çox sahələr üzrə cərrahi əməliyyatlar aparılır.

41 çarpayımız 8-i reanimasiya şöbəsində, 33-i isə ümumi stasionar palatadadır. Burada ürək cərrahiyyəsindən başqa bir çox sahələr üzrə cərrahi əməliyyatlar aparılır. Laporaskopik üsul və endoskopik cihazlar vasitəsi müxtəlif əməliyyatlar icra olunur. Vaxtaşırı türk həkimlərinin köməyi ilə Azərbaycanda yenə ilk dəfə Modern Hospitalda icra olunan mikroskop vasitəsi ilə qulaqda əməliyyat aparılır. Uroloji xidmətlər - müayinələr, endo-uroloji əməliyyatlar Avropa və Amerika uroloji assossiasiyalarının qəbul etdiyi protoklollar əsasında həyata keçirilir. Bu və digər sahələrdə ən müasir müalicə standartlarını klinikamızda çoxdan tətbiq edirik.

Almaniya və Turkiyənin bir çox qabaqcıl klinikaları ilə əməkdaşlıq edirik. Maddi-texniki təchizat məsələsi ilə bağlı biz tibbi cihazları dünyaca məhşur firmalardan alırıq. Əsas üstünlüyü Yaponiya, ABŞ, Almaniya, İtaliya kimi ölkələrə veririk. Bu gün klinikamızda çox qiymətli cihazlar var. Məsələn, mədə-bağırsaq xəstəliklərinin müayinəsinin endoskopiya üsulu var. Biz indi videoendoskopiya vasitəsi ilə xəstəyə heç bir əziyyət vermədən bu müayinəni aparırıq. Kamera endoskopun ucunda olduğundan daha geniş informasiya götürmək imkanı yaradır. Müayinə zamanı ekrana xəstə də, həkim də baxa bilər və prosesin kompyuterin yaddaşında qeyd olunması da mümkündür.

Endoskopiya klinikamızda bir çox sahələrdə uğurla tətbiq edilir. 
Təhsil nazirliyinə bağlı uşaq evləri və “SOS” Uşaq Kəndində olan kimsəsiz uşaqları bizim klinika tam pulsuz müayinə və müalicə edir. Bundan başqa, klinikamızda müharibə əlilləri, şəhid ailələri və məcburi köçkünlərə güzəştlər tətbiq olunur. Söz yox ki, gələcəkdə biz öz güzəşt kateqoriyalarımızı daha da genişləndirəcəyik.

Klinikada doğum şöbəsi yoxdur.

Ünvan:

Əhməd Rəcəbli 19/A, Nərimanov r., Bakı, AZ1052

Telefon:

(+994 12) 564 21 21,

(+994 12) 564 43 43

E-mail: [email protected]

Rəy bildir

Reyting əlavə et:
Banner