Banner
Banner
Medistyle Hospital
Medistyle Hospital
Klinikalar

Haqqında

Medistyle Hospital 2012-ci ildən fəaliyyət göstərir.

Hospitalın ümumi sahəsi 4500 kvadratmetrdir və 6 mərtəbəli binada yerləşir. Hospital ambulator xidmətləri əhatə edən poliklinika, eyni zamanda 4 əməliyyat otağindan ibarət əməliyyat bloku olan 20 yataqli cərrahi stasionar, həmçinin 5 yataqli intensiv terapiya bölməsi və 9 yataqlı terapevtik stasionar şöbədən ibarətdir. Cərrahi şöbədə laporoskopik və ənənəvi cərrahiyyə, plastik cərrahiyyə, qulaq-burun-boğaz cərrahiyyəsi, ginekologiya, urologiya, ortopediya şöbələri fəaliyyət göstərir. Medistyle Hospitalda həm təcili, həm də planlı aparılan cərrahi əməliyyatlar mövcuddur.

Həmçinin digər xəstəxanaların reanimasiya şöbəsində yatan və ya ağır xəstələrinə klinika tərəfindən ambulans təşkil olunub. Xəstələr klinikaya gətirilir, müvafiq xidmət göstərildikdən sonra yenidən xəstəxanaya çatdırılır.

Azərbaycan, Rusiya, Türkiyə və Avropada təhsil almış həkimlər geniş maddi-texniki bazaya malik bölümlərdə müvafiq tibbi yardım göstərirlər.

Medistyle Hospital eyni zamanda, Türkiyə, Rusiya, Almaniya, İtaliya kimi ölkələrin klinikaları ilə əməkdaşlıq edir. Xüsusilə Dünya Göz Xəstəxanası ilə sıx əməkdaşlıq əlaqələri var.

Xəstələrin öz istəyi ilə Medistyle Hospitalda səhiyyə turizmi də təşkil olunub.

Hospital laboratoriyası sanitar normalara cavab verən, Avropa standartlarına uyğun, müasir analizatorlarla təchiz olunub. Klinikada həmçinin endoskopik müayinələr də aparılmaqdadır.

Klinikanın radioloji bölümündə isə rentgen, kompyuter tomoqrafiyasi, maqnit-rezonans tomoqrafiya, ultrasəs aparatları quraşdırılmışdır.

Kardioloji bölümdə non-invaziv müayinələr üçün ən son model-exokardioqraf, elektrokardioqraf, holter monitor, tredmil stress test cihazları yerləşdirilib.

Klinikada həmçinin elmi-praktik məşğələlərin və təlimlərin keçirilməsi üçün 80 nəfərlik konfrans zalı, birbaşa əməliyyatxanadan görüntü ilə təmin olunmuş 2 ədəd 12 nəfərlik təlim mərkəzi fəaliyyət göstərir.

Ünvan:

Bakı şəhəri,

Nərimanov r.-nu,

Ak. Həsn Əliyev küç. 116

Telefon:

(+99412) 979

(+99451) 979 00 00

E-mail: [email protected]

Rəy bildir

Reyting əlavə et:
Banner