Banner
Banner
Bioloji Təbabət Klinikasi
Bioloji Təbabət Klinikasi
Klinikalar

Haqqında

Bakı şəhərində yerləşən Bioloji Təbabət klinikası (mərkəzi) və filialları Bioloji Təbabətin ən yeni və effektli üsullarını özündə birləşdirir.

Klinika 2009-cu il may ayından fəaliyyətə başlanmasına baxmayaraq kadr hazırlığına 2001-ci ildən başlanmışdır. Hazırda Bioloji Təbabət klinikasında müxtəlif ixtisaslar üzrə həkimlər fəaliyyət göstərir. BTK-nin Almaniyada və digər ölkələrdə ixtisaslaşmış həkimləri mükəmməl akademik bilikləri ilə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq edirlər.

Klinika dünya standartlarına cavab verən ən yeni tibb avadanlıqları ilə təchiz olunmuşdur. 

BTK-nin Azərbaycanın rayonlarında da filialları fəaliyyət göstərir. Göyçay, Sumqayıt və Masallıda da bioloji təbabətlə müalicə başlanılıb.

Bioloji Təbabət  orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və səbəbin aradan qaldırılmasına yönəldilən müasir təbabətdir.

Hazırda xroniki-degenerativ, yəni illərlə inkişaf edən, sonda isə sağalmayan və ya çətin sağalan xəstəliklər çox geniş yayılmışdır. Tibbin, yeni supertexnologiyaların inkişafına rəğmən, xəstəliklərin sayı azalmır, əksinə, artır. Onların müalicəsində isə nəzərəçarpan, mükəmməl bir nəticə əldə edilmir.

Xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərmanların çox hallarda daimi, yəni ömürlük təyini, onların törətdiyi fəsadlar və ən əsası müalicələrin uzunmüddətli və əsasən uğursuz olması  yeni müalicə metodlarının axtarışını zəruri etmişdir. Bu baxımdan  dünya praktikasında belə xəstəliklərin müalicə və profilaktikasında Bioloji Təbabətdən istifadə olunur.

Bioloji Təbabət Klinikasında aşağıdakı imkanlar var:

  • Müasir texnologiya ilə təchiz olunmuş laboratoriya və diaqnostika şöbələri
  • AXSYM - ABBOT (ABŞ) - cəmi 15-45 dəqiqə ərzində nəticələri və xüsusi ilə hepatitlərin dəqiq differensiasiyasını təqdim edir.
  • ARCHİTECT C8000 (Abbot, ABŞ). Biokimyəvi analizator- təcili müayinələr və yüksək dərəcədə dəqiq nəticələr verməklə 1 saat ərzində 1200 test hazırlayır.
  • PZR DİAQNOSİKA Abbott RealTime m2000rt Müxtəlif bioloji materialdan RNT/DNT-nin ayrılması avtomatlaşdırılmışdır. Real Time rejimi hesabına hər amplifikasiyadan sonra deteksiya aparıla bilir. Adi PZR-də isə deteksiya yalnız son materialda aparılır. Bu isə öz növbəsində analiz nəticələrinin etibarlığını azaldır.
  • Almaniyada ən son texnologiya ilə hazırlanmış və tərkibində müxtəlif bitki, heyvan, mikroorqanizm, mikroelement mənşəli kompnentlər olan biopreparatlarla müalicə
  • Ən müasir aparatura ilə təchiz edilmiş fizioterapiya şöbəsində:
  • Plazmoferez
  • Ozonoterapiya
  • "SPA" terapiya
  • Hidrokolonterapiya
  • Tibbi kosmetologiya
  • Müasir müalicə üsulları ilə qədim Şərq müalicə metodlarının sintezi:
  • Biopunktura
  • Homeosiniatriya
  • Mezoterapiya
  • Autohemoterapiya
  • Manual terapiya
  • Hirudoterapiya və s.
  • Almaniyada xüsusi kurs keçmiş həkim heyyəti
  • Xəstələrin müalicəsinin alman mütəxəssislərinin iştirakı ilə "Bioloji Təbabət" klinikasında və Almaniyada təşkili
  • Klinikada doğum evi yoxdur.

Ünvan:

AZ1044   Bakı, 3-cü mikrorayon, Pişəvari 110,

Telefon:

(+99412) 430-89-89

(+99450) 430-89-89

(+99455) 430-89-89

(+99470) 430-89-89

İş qrafiki:

Bazar ertəsi – Şənbə 09:00 - 18:00

Rəy bildir

Reyting əlavə et:
Banner