Banner
Banner
Dr Muradəli Baxşıyev
Dr Muradəli Baxşıyev
Kardioloq
39 il iş təcrübəsi

Haqqında

Professor, Tibb elmləri doktoru, kardioloq

Dr Muradəli Baxşıyev Azərbaycan Tibb Universitetinin 1-ci daxili xəstəliklər və reanimatologiya kafedrasının professoru və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının kardioloji funksional diaqnostika şöbəsinin müdiri vəzifələrində çalışır. Azərbaycan Tibb Assosiasiyasının İdarə Heyətinin üzvü və ixtisas üzrə dərnəklər şurasının sədridir, Azərbaycan Tibb Universitetinin dissertasiya müdafiəsi şurasının üzvü, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvüdür, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həkimlər və orta tibb personalın sertifikasiya və attestasiya komissiyasının sədr müavinidir.

100-dən çox elmi məqalələrin, o cümlədən 2 monoqrafiya və 1 dərs vəsaitinin müəllifidir.

İş yeri: Avrasiya Hospital

35 ildən artıq iş təcrübəsi

Telefon:

1116, (+99455) 9790101

Təhsil və dərəcələr

1986 – A.L.Myasnikov adına Klinik Kardiologiya İnstitutu, PhD (fəlsəfə elmləri doktorluğuna) namizədlik dissertasiyası;

1997 - A.L.Myasnikov adına Klinik Kardiologiya İnstitutu, SciD doktorluq dissertasiyası;

2004 – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyası Komissiyası tərəfindən doktorluq diplomunun nostrifikasiyası (xarici diplomlara Azərbaycanda tanınması üçün verilən sənəd);

2007 – professor elmi adı almışdır.

Üzv olduğu cəmiyyətlər

Avropa Kardioloji Cəmiyyəti (ESC), Türkiyə Kardioloji Dərnəyi, Rusiya Kardioloji Cəmiyyəti, Rusiya Doppler Klubu və s.

Doktor Muradəli Baxşıyev hər il müntəzəm olaraq müxtəlif avropa və dünya kardioloji forum və konqreslərinin fəal iştirakçısı və məruzəçisi olur. 

Maraqlandığı elmi sahələr: ürək çatışmazlığı, aritmiyalar, arterial hipertenziyalar, ürəyin işemik xəstəliyi, kardiomiopatiyalar, kardioloji funksional diaqnostika.

Rəy bildir

Reyting əlavə et:
Banner