Banner
Banner
Dr Natiq Mirzəyev
Dr Natiq Mirzəyev
Kardiocərrah
20 il iş təcrübəsi

Haqqında

Kardiocərrah, Kardio əməliyyat blokunun müdiri,

Tibb Elmləri Namizədi

İş yeri:

Bakı Ürək Mərkəzi,

RDM (Respublika Diaqnostika Mərkəzi),

Tbilisi pros. 147, Bakı 1122

İş vaxtı:

B.e – Ş. 09:00-16:00

Telefon:

(+99450) 755 55 50

(+99412) 530 90 29

(+99450) 229 81 90

Təhsil və təcrübə

1998-2004 – Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi;

2004-2006 – Rusiyanın Moskva şəhərində yerləşən A.N.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi Elmi-Tədqiqat Mərkəzində ürək-damar cərrahı, klinik ordinatura;

2006-2009 – Rusiyanın Moskva şəhərində yerləşən A.N.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi Elmi-Tədqiqat Mərkəzində ürək-damar cərrahı, aspirantura;

2009-2012 – Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar cərrahı kimi fəaliyyət göstərib;

2012-ci ildən indiyədək Respublika Diaqnostika Mərkəzində ürək-damar cərrahı vəzifəsində çalışır.

İştirak etdiyi treninq və seminarlar:

2006 – Berlində yerləşən Charite Xəstəxanasında Avropa tələbələrinin 17-ci konfransında minimal invaziv koronar cərrahiyyə haqqında elmi işini təqdim edib;

2008 – İzmirdə Türk Kalp ve Damar Cerrahisi Derneğinin 10-cu Ulusal Kongresi;

2010 – Antalyada Türk Kalp ve Damar Cerrahisi Derneğinin 11-ci Ulusal Kongresi;

2012 – Qazaxıstanın Astana şəhərində “Advanced Cardiac Workshop”;

2014 – Bakıda Respublika Diaqnostika Mərkəzində “Mitral qapaq təmiri” kursu;

2014 – İstanbulda “Aort qapaq təmiri” kursu;

2015 – Antalya Türk Damar ve Endovasküler Cerrahi Derneğinin 17-ci Kongresi;

2017 – Almaniyanın Leypsiq şəhərində Herzzentrum Leipzig Xəstəxanasında “Minimal invaziv ürək cərrahiyyəsi” kursu;

2017 – İtaliyanın Roma şəhərində “ISMICS (The International Society for Minimally Invasive Cardiothoracic Surgery) Annual Meeting”;

2018 – Almaniyanın Ştutqart şəhərində Robert Bosch Xəstəxanasında “Minimal invaziv ürək cərrahiyyəsi” kursu;

2018 – Ankara TOBB ETU Xəstəxanasında “Minimal invaziv ürək cərrahiyyəsi” kursu;

2019 – İstanbul “Siyami Ersek” Ürək-damar Xəstəxanasında kursda iştirak edib;

2019 – Kievdə “Dobrobut Cardiac Center”də “Minimal invaziv ürək-cərrahiyyəsi” kursu;

2019 – Hollandiya Maastrixt şəhərində “Minimal invaziv qapaq” kursu;

2019 – Avstriyanın İnsbruk şəhərində “Minimal invaziv qapaq cərrahiyyəsi” kursu;

2019 – Portuqaliyanın Lissabon şəhərində “33th EACTS Annual Meeting”;

2019 – İstanbul Medical Park Xəstəxanasında “Minimal invaziv ürək cərrahiyyəsi” kursu;

Moskvada (2006-2009) və Bakıda təşkil olunan əksər ürək-damar cərrahiyyəsi toplantılarında və 2009-cu ildən (hər 2 ildən bir) keçirilən Bakı Ürək Günləri beynəlxalq konqreslərində aktiv iştirak etmişdir.

İcra etdiyi əməliyyatlar

Böyüklərdə anadangəlmə ürək qüsuru əməliyyatları (12 yaşdan yuxarı);

Minimal invaziv ürək əməliyyatları (5-7 sm-lik kiçik kəsiklə və döş sümüyünü kəsmədən qabırğa arasından koronar, qapaq və anadangəlmə ürək qüsuru əməliyyatları);

Aorta-koronar şuntlama (ürəyin işemik xəstəliyi, ürəyin tac damarları üzərində əməliyyatlar);

Ürək qapaq əməliyyatları (protezləşdirmə və plastika);

Klapan əməliyyatları

Aorta əməliyyatları (anevrizma, disseksiya və yırtılması)

Ürək törəmələrinin xaric edilməsi

Anadangəlmə ürək qüsurları bərpası

Perikard əməliyyatları

Təkrari ürək əməliyyatları

Ağciyər arteriyası trombunun çıxarılması

Yuxu arteriyası üzərində əməliyyatlar (karotis arteriya cərrahiyyəsi)

Aşağı və yuxarı ətraf damarlarına qanı ötürmə əməliyyatları

 

Rəy bildir

Reyting əlavə et:
Banner