Banner
Banner

Həyat Tərzi

Mənzildə Wi-Fi modem quraşdırmaq üçün - ƏN TƏHLÜKƏLİ YERLƏR

 Mənzildə Wi-Fi modem quraşdırmaq üçün - ƏN TƏHLÜKƏLİ YERLƏR
20:54 3 Mart 2021

Həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil. İşdə, evdə, hətta gecə yatanda da telefon əlimizdən düşmür.

Bütün vaxtı tanışlarla yazışmaq, sosial şəbəkələrdə olmaq, dünyadan xəbər tutmaq və videolara baxmağa öyrəşmişik.

Bunun zərəri bizim yuxumuz və gözlərimizlə bitmir, bunun üçün evdə bütün günü aktiv internet - Wi-Fi olmalıdır.

İnternetin ötürücüsü – router bütün sutka boyu fasiləsiz işləyir və onun şüalarını evdəki büt ün canlılar hiss edir.

Routerin və ya sadə desək, Wi-Fi cihazının elektromaqnit şüalanmasının ziyanlı təsirindən qaçmaq üçün bir sıra tövsiyələrə riayət etmək lazımdır, xüsusən də onu iş stoluna qoymaq qəti olmaz. Bu barədə “Yaşayış məkanının ekologiyası” laboratoriyasının rəhbəri Anton Yastrebtsev bildirib.

«Bəzən insanlar deyirlər ki, routeri daha yaxşı bağlantı lazım olduğuna görə stolun üstünə qoyurlar. Bu, əsassız izahdır, bir halda ki, internet bağlantısı həqiqətən də bir az daha yaxşıdır, amma router üç metr radiusda şüalanma yaradırsa, deməli daima insana təsir edəcək», – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, evdə istifadə üçün nəzərdə tutulan sertifikatlaşdırılmış routerlər insan üçün təhlükəli elektromaqnit şüalanma səviyyəsinə malik olmamalıdırlar. Buna baxmayaraq, bu cihazlar onsuz da müəyyən təsir göstərə bilərlər.

Yastrebtsev əlavə edib ki, routerin mənzildə quraşdırmaq üçün ikinci qadağan olunmuş yeri yataq otağıdır. «Əgər modem çarpayıdan, əsasən də onun baş tərəfindən iki-üç metr məsafədə yerləşirsə, yenə də pisdir. Belə vəziyyətdə şüalar insanın, əsasən də baş beyninə yüksək təsir göstərəcək. Orada mümkün səviyyənin mütləq şəkildə artmasını sübut etmək lazım deyil, amma buna baxmayaraq, istənilən halda təsiri olacaq», – ekspert əminliklə bildirib.

Bu halda routerin quraşdırılması üçün ən münasib və təhlükəsiz yer giriş qapısında dəhlizin bir hissəsidir.

“Routerin dəhlizdə, yaxud istənilən yaşayış olmayan ərazidə yerləşdirilməsinin lazım olması barədə qayda var. Yaşayış yerinə iki-üç metr məsafədə olmalıdır. Bu, bütün mənzillərdə mümkün deyil, ancaq bu qaydaya riayət olunsa, onda təhlükəsiz olacaq”, – deyə, sözünü tamamlayıb.

 

 
Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner