Banner
Banner

Hamiləlik və doğuş

Stress keçirən qadınlar 2 dəfə daha çox qız övladı - DÜNYAYA GƏTİRİRLƏR

Stress keçirən qadınlar 2 dəfə daha çox qız övladı - DÜNYAYA GƏTİRİRLƏR
12:59 11 Aprel 2021

Dölün mayalanması zamanı stress keçirən qadınlar iki dəfə daha çox qız dünyaya gətirirlər.

Tibb.fed.az Daily Mail-ə istinadən yazır ki, son araşdırmalar göstərib ki, qadınlar hamiləlik dövründə güclü stress keçirirlərsə, onlar daha çox qız övladı dünyaya gətirirlər.

İspaniyadan olan alimlər araşdırma apararaq hamiləliyin 9-cu həftəsindən başlayaraq doğuşa qədər 108 hamilə qadının saçında stress hormonu adlanan kortizolun səviyyəsini ölçüblər. Hər ölçmə özündən əvvəlki 3 aylıq dövrü əhatə edirdi. Bu o deməkdir ki, ilk ölmə hamiləliyin yaranmasından əvvəlki dövrü də əhatə edib.

Alınan göstəricilər təsdiq edir ki, döl ananın stressi qarşısında zərər çəkir. Mayalanma və hamiləlik dövründə stress uşağın həm doğulması prosesinə, həm də gələcək  inkişafına mənfi təsir edir. 

Araşdırmanın müəllifi, Qranada Universitetinin psixoloqu Maria İzabel bildirib ki, alınan nəticələr həkimləri təəccübləndirib. Araşdırmalar göstərdi ki, qız doğan qadınların saçında kartizolun səviyyəsioğlan doğanlarla müqayisədə daha artıq olub.

Mayalanma və hamiləlik zamanı analarda olan stress hamiləliyə, doğuşa və uşağın əsəb sisteminə də təsir edir.

Professor Peralta-Ramires isə bildirib ki, uşağın əsəb sisteminin pisləşməsi 6 ay ərzində baş verir.

Stressli analarda daha çox qız övladının dünyaya gəlməsinə gəlincə isə alimlər hesab edir ki, stressli hallarda cinsi orqanlarda yaranan vəziyyətdə X-xromosom (yəni qadın xromosomu) daşıyan spermatozoidlər daha yaxşı mayalana bilirlər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner