Banner
Banner

Hamiləlik və doğuş

Şəkərli diabet xəstələrinin dünyaya gətirdiyi uşaqlarda sağlamlıq problemi –OLA BİLƏR?

Şəkərli diabet xəstələrinin dünyaya gətirdiyi uşaqlarda sağlamlıq problemi –OLA BİLƏR?
11:14 18 May 2021

“Doktor, şəkərli diabetim var, hamilə qala bilərəmmi? Uşaq sağlam olacaqmı?” Bu sualla qadınlar daima həkimlərə müraciət edirlər.

Tibb.fed.az tanınmış uzman-endokrinoloq Fərhad Burzunun bu məsələyə münasibətini açıqlayır.  

“Şəkərli diabetlə yaşamağı bacaran və kontrollarına müntəzəm gedən diabetli qadının dünyaya sağlam övlad gətirməməsi üçün bir səbəb yoxdur. Amma hamiləlikdən öncə və hamiləlik dönəmində diqqət edilməsi mütləq olan bəzi məqamlar var”. F.Burzu bildirir ki, hamiləlik və diabet çox önəmli bir mövzudur. Müayinə və müalicə metodlarının inkişafı sayəsində, minlərcə şəkər xəstəliyi olan qadın, sağlam hamiləlik keçirib sağlam övlad dünyaya gətirə bilər.

İnsulinin kəşfindən sonra isə həm ana, həm də körpə üçün əvvəllər mövcud olan böyük problemlər həll olunmaqdadır.

Hamiləlik zamanı müalicə olunmayan zob körpədə əqli zəiflik yaradır – HƏKİM AÇIQLAMASI

“Bugün artıq tətbiq olunmaqda olan erkən müalicə yöntəmləri, xəstəliyin ağırlaşmalarını və ana ilə körpənin ölüm riskini ən aşağı səviyyəyə çatdırıb.

Çox vaxt xəstə və yaxınları insulinin doğacaq körpəyə zərər verə biləcəyi kimi səhv fikirlərə qapılıb, müalicə əsnasında problemlər yaradırlar. Biz isə, öz növbəmizdə belə düşünən insanlara başa salmağa çalışırıq ki, insulin müalicəsi təbii və fiziolji yanaşmadır. Ana və körpə üçün son dərəcə təhlükəsizdir.

Əsl təhlükəli olan hamiləlikdə, şəkərli diabeti olan qadının qanda şəkərinin kontrolsuz qalmasıdır. Bu həm ana, həm də körpə üçün çox risklidir.

Araşdırmalar da göstərir ki, şəkərli diabeti olan qadınlar arasında hamiləliyini daim təqibdə və diabetə uyğun müalicədə keçirənlər, kontrolsuz və müalicəsiz olanlarla müqayisədə, daha sağlam və ağırlaşmasız doğum keçirib, sağlam övlad sahibi olurlar”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner