Banner
Banner

Hamiləlik və doğuş

Hamiləlik zamanı müalicə olunmayan zob körpədə əqli zəiflik yaradır – HƏKİM AÇIQLAMASI

Hamiləlik zamanı müalicə olunmayan zob körpədə əqli zəiflik yaradır – HƏKİM AÇIQLAMASI
11:56 16 May 2021

Endokrinoloji xəstəliklərdən biri olan zob-tiroid vəz bir sıra rahatsızlıqlarla yanaşı başqa xəstəliklərə də gətirib çıxara bilər. Amma vaxtında edilən müalicə bütün bu risklərdən qoruya bilər.

Zob-tiroid əsasən hamilələrdə ciddi fəsadlara səbəb ola bilər.

Tibb.fed.az tanınmış endokrinoloq uzman Fərhad Burzuya istinadla bildirir ki, hamiləliyin ilk vaxtlarında, xüsusilə də 5-14-cü həftələrdə anada tiroid hormon çatışmazlığının görülməsi zamanı dərhal müalicəyə başlanılmalıdır. “Əks halda beyin inkişafının ən sürətli olduğu bu dönəmdə tiroid hormon çatışmazlığına məruz qalan uşaqlarda inkişaf ləngiməsi və ya əqli zəiflik müşahidə olunur”.

Həkim tövsiyə edir ki, yod çatışmazlığı da buna bənzər təsir yaratdığı üçün hamilə qaldığınız anda tiroid hormon və yod səviyyələrinizin yoxlanılaraq normal olduqlarından əmin olun. “Balaca bir həblə düzəldilə bilən bu duruma etinasız yanaşmayın!”

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner