Banner
Banner

Göz xəstəlikləri

Uşaqlarda hansı göz xəstəlikləri olur? - ƏLAMƏTLƏR VƏ DİAQNOZ

Uşaqlarda hansı göz xəstəlikləri olur?  - ƏLAMƏTLƏR VƏ DİAQNOZ
00:17 2 Fev 2021

Uşaqların göz sağlamlığı haqqında

 

Həyatın erkən mərhələlərində bir çox mühüm göz xəstəlikləri yaranır. Yalnız dəqiq müayinə və düzgün müalicə uğurlu nəticələr verə bilər.

0-16 yaşlı uşaq və yeniyetmələrin gözlərini qorumaq üçün onlar, bir neçə dəfə - 1 yaşında, məktəbə getməzdən əvvəl, məktəbdə oxuyan zaman mütəmadi olaraq müayinədən keçməlidilər.

Lakin aşağıdakı əlamətlərdən hər hansı biri meydana çıxarsa, dərhal uşaq göz xəstəlikləri sahəsində ixtisaslşamış həkimə (pediatrik oftalmoloqa) müraciət etmək vacibdir. 

 

Çəplik (strabismus)

 

Ardınca getmək qabiliyyətinin itməsi

Gözlərdə qızartı və ya gözlərin sulanması

Gözlərin titrəməsi

Çəpgözlük və ya gözün qapanması

Adətən qara olan göz bəbəyinin ağ ləkələri və ya bulanıq rəngi

Daima əşyalara yaxından baxmaq

Başı bir tərəfə əyib seyr etmək

Tez-tez gözləri ovuşdurmaq

Vaxtından əvvəl doğuş

Nəsildə tənbəl göz müayinəsi

Nəsildə göz xəstəlikləri

 

Uşaq göz xəstəlikləri

 

Göz ifrazatı və qızartısı

Doğulan gündən ilk 15 gün ərzində körpənin gözlərində ifrazat və qızartı müşahidə oluna bilər. Belə hallarda ifrazatın başlanğıc günü, onun rəngi və təbiəti vacibdir. Müalicəni oftalmoloq başlamalıdır. 1-2 aydan sonra baş verən qızartı və ifrazat üçün xüsusi müalicə tələb olunmaya da bilər. Əgər bu hal 1-2 gün davam edirsə, göz damcıları lazım ola bilər.

Göz qızartısı bəzən buynuz qişa ilə bağlı ola bilər. Əgər körpə gözünü qısır və ya onun gözü sulanırsa, oftalmoloqa müraciət etmək lazımdır.

 

Digər uşaq göz xəstəlikləri

 

Refraksiya xətaları

Göz qapağı xəstəlikləri

Katarakt

Buynuz qişa xəstəlikləri

Qlaukoma

Travma

Tor qişa və göz sinir xəstəlikləri

Retrolental Fibroplaziya (ROP)

 

Retrolental fibroplaziya, vaxtından tez doğulan körpələrə təsir edən ən vacib göz sağlamlığı problemlərindən biridir. Körpə gözlərinin damarları doğuşadək inkişaf edir. Vaxtından əvvəl doğulan körpələrdə bu inkişaf bitmədiyinə görə doğulduqdan sonra da davam edir. Vaxtından əvvəl doğulan körpələri yaşatmaq üçün yüksək konsentrasiyalı oksigen, gözdəki damarların anormal inkişafına səbəb ola bilər. 

 

Pediatrik anesteziya

 

Anesteziya tələb olunan zaman onu, pediatrik anesteziya sahəsində ixtisaslaşmış anestezioloq aparır. Anesteziya steril əməliyyat otağı şəraitində pediatrik xəstələr üçün əməliyyat masalarına fərdi, birdəfəlik tibbi ləvazimat ilə verilir.

 

Göz xəstəlikləri ilə bağlı yaranan suallar

 

1- Uşaqlarda ən çox yayılan görmə problemi hansıdır?

Uşaqlarda ən çox yayılan göz xəstəlikləri göz tənbəlliyi, çəpgözlük, miopiya, hiperopiya, astiqmatizmdır.

2- Latent çəpgözlük nəyə deyilir?

Latent çəpgözlük, yalnız gözlərin birini qapadıb digərində çəpgözlüyün müşahidə olunmasına deyilir.

3- Çəpgözlük göz tənbəlliyi ilə nəticələnə bilərmi?

Birtərəfli daima gözün qaçması göz tənbəlliyi ilə nəticələnir.

4- Çəpgözlüyün müalicəsinin yaş həddi varmı?

Yoxdur. Çəpgözlük istənilən yaşda müalicə olunur.

5- Körpələri nə vaxt göz müayinəsinə gətirimək olar?

Vaxtından əvvəl doğulan körpələrin göz müayinəsi artıq doğumdan sonra 4-6 həftələrdə aparılmalıdır. Digər körpələrin göz müayinəsi 1 yaşında aparılır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner