Banner
Banner

Göz xəstəlikləri

Göz gimnastikası: görməni yaxşılaşdırma üçün - 10 FAYDALI HƏRƏKƏT

 Göz gimnastikası: görməni yaxşılaşdırma üçün - 10 FAYDALI HƏRƏKƏT
02:04 25 Fev 2021

Cihazlarla uzunmüddətli və gərgin iş zamanı gözdə qızarma, quruluq və diskomfort yarana bilir. Bu görmə qabiliyyətinin pisləşməsinin ilk əlamətləridir. Xüsusi göz gimnastikası onları düzəltmək və eyni zamanda, göz əzələlərini möhkəmləndirməyə imkan verir.  

Bədənimizə olduğu kimi, gözlərimizə də müntəzəm mşqlər lazımdır. Pink tərəfindən çox vaxt almayan və nəzərəçarpacaq dərəcədə fayda verən sadə və effektiv təcrübə kompleksi seçilib. Onlar göz əzələlərini möhkəmləndirir, fokuslanmanı yaxşılaşdırır, yüklənməni və yorğunluğu aradan qaldırır. Nəticəni hiss etmək üçün gündə 10-15 dəqiqə göz idmanıyla məşğul olmağı sınaqdan keçirin.

Gimnastikanı yerinə yetirməzdən əvvəl buynuz təbəqəni zədələməmək üçün eynəyi, yaxud kontakt linzaları çıxarın. Vacib olanı gözün istiqamətini dəyişməmək və yüklənməni tədricən artırmaqdır. Ancaq hər məşqdən sonra gözlərə istirahət vermək üçün onları bir neçə saniyəlik yummaq tövsiyə olunur. Əgər sizdə göz xəstəlikləri varsa, göz gimnastikassı etməzdən əvvəl oftalmoloq-həkimlə məsləhətləşin.  

  1. Göz qapaqlarını yüngülcə basın

Bu məşq göz qapaqlarındakı yükü tez götürür, gözdaxili maye axınını normallaşdırır və göz gimnastikasına hazırlaşmağı normallaşdırır. Hər şeydən əvvəl əllərinizi yaxşıca yuyub qurulayın. Gözlərinizi yumun, dərindən və yavaş nəfəs almağa başlayın. Bundan sonra ovuclarınızı bir-birinə intensiv sürtərək isidin. İndi səliqəylə üst göz qapaqlarını barmaqlarınızla basın və onları iki dəqiqə ərzində dairəvi hərəkətlərlə yumşaq masaj edin. Bu zaman sağ əlin barmaqları saat əqrəbinin əksi, sol əlinki isə saat əqrəbi istiqamətində hərəkət etməlidir. Göz qapaqlarına bu cür yumşaq təzyiq gözətrafı zonada qan dövranını aktivləşdirir.

  1. Küçəyə baxın

Bu məşq üçün kiçik etiketlər tələb olunacaq. Plastilin və ya kağızdan diametri 3-5 smlik dairələr də düzəltmək olar. Onları pəncərə şüşəsinə yapışdırmaq lazımdır. Hər şey hazır olduqda pəncərədən yarım addım aralanın və küçədəki istənilən əşyanı seçin. Bu sütun, çəmənlik və ya avtomobil ola bilər. Daha sonra fokuslanmanı (müəyyən yerə yönəldilmiş baxışını) etiketdən seçilmiş obyektə və əksinə “çevirməyə” başlayın. Çalışın bu zaman onların hər birinə mümkün qədər daha yaxşı baxasınız. əgər pəncərəyə qalxmağa imkan yoxdursa, bu tapşırığın daha yumşaldılmış variantını yerinə yetirməyə cəhd göstərin. Uzaqda yerləşən istənilən əşyaya 15-20 saniyə diqqətlə baxın. Indi baxışınızı qol saatınıza, yaxud düz burnunuza qarşı tutduğunuz şəhadət barmağınıza yönləndirin.

  1. Hərflər “çəkin”

Havada şəkil çəkmə yalnız əzələləri deyil, boynu da rahatlayır. Gözünüzü yumun və təsəvvürünüzə gətirin ki, burnunuzun ucunda flomaster, yaxud rəsm fırçası pərçimlənib. Başlanğıc üçün ölçülərini dəyişdirərək hər dəfə havada bir neçə hərf çəkməyə çalışın. Bir hərfi bütün divar boyunca çəkmək, digərlərini isə hansısa kiçik əşyanın üzərinə yerləşdirmək olar. Məsələn, televizor və ya soyuducunun üzərinə. Bu zaman təsəvvür edilən qələmlə təkcə hərflər “çəkmək” elə də mütləq deyil. Siz şaquli və üfüqi səkkizliklər, geometrik fiqurlar və müxtəlif mürəkkəb olmayan illüstrasiyalar çəkməyə çalışa bilərsiniz.

  1. Yan görməni işə salın

Istənilən rahat vəziyyəti alın, arzuolunandır ki, oturaq olsun. Düz və yavaş nəfəsi bərpa edin. Nəfəs alarkən gözünüzü sağa tərəf sürüşdürün. Diqqətinizi gördüklərinizə yönəltməyə çalışın. Nəfəs verərkən baxışınızı başlanğıc vəziyyətə qaytarın. Indi isə mümkün qədər uzağa sola baxın. Baş və boyun tapşırığı yerinə yetirərkən hərəkətsiz qalır – yalnız göz bəbəkləri işləməlidir. Bu zaman baxışları bir tərəfdən digər tərəfə maksimal mümkün amplituda ilə çevirmək vacibdir, ancaq gözlərin istiqamətini dəyişdirmək olmaz. Əgər onların yorulduğunu hiss etsəniz, dincəlin. Bu prinsiplə yuxarı və aşağı, sonra yuxarı-sola, aşağı-sağa, yuxarı-sağa, aşağı-sola diaqonaları ilə baxmağı sınaqdan keçirin. Bu sikli 4 dəfə təkrar edin.

  1. Diqqətinizi burnunuzun ucuna yönəldin

Dərindən və yavaş nəfəsalmanı saxlayaraq, burnunuzun ucuna baxın. Baxışınızı orada dayandırın, fikrən 3-cən sayın və yavaş-yavaş adəti üzrə olan vəziyyətə qayıdın. Sonra baxışınızı yuxarı qaldırın və 3-cü göz sahəsinə – qaşlarınızın arasına baxın. Nəzərlərinizi 3-4 saniyə orada saxlayın, gözünüzü yumun və məşqi yenidən yerinə yetirin. İki həftədən sonra baxışları yuxarı və aşağı nöqtələrdə saxlamaqdan ibarət olan sistematik məşqləri tədricən bir neçə dəqiqəyədək artırmaq tövsiyə olunur.

  1. Gözlərinizi möhkəm sıxın

Stula əyləşin, belinizi dik tutun və boynunuzu yüngülcə yuxarı qaldırın. İndi isə yarım dəqiqə ərzində gözünüzü cəld tempdə qırpın. Qöz qapaqlarının hərəkəti çox yüngül olmalıdır. Təsəvvür edin ki, bu kəpənək qanadlarıdır. Əgər adi həyatda məqsədyönlü çəkildə tez-tez göz qırpağa cəhd göstərsəniz, gözləriniz daha az quru və yorğun olar. Enerjili göz qırpmadan sonra gözlərinizi möhkəm yumun və fikrən 5-ə kimi sayın. Sonra qaşlarınızı qaldırın və gözlərinizi mümkün qədər geniş açın. Bu tapşırıq göz yüklənməsini tez aradan qaldırmağa imkan verir, göz əzələlərinin gərginliyini normallaşdırır və qan dövranını aktivləşdirir.

  1. Barmaqlarınızın arasından baxın

Dümdüz dayanın, yaxud əyləşin, başınızı dik tutun. Sonra əllərinizi gözünüz səviyyəsində üzünüzə qaldırın və barmaqlarınızı geniş açın. Indi isə gözlərinizi növbə ilə açıb-yumaraq başınızı yavaş-yavaş və sərbəst şəkildə bir tərəfdən digər tərəfə fırlatmağa başlayın. Bu vaxt əllərə yox, uzağa – barmaqların arasından baxmaq lazımdır. əgər hər şey düzgün edilsə, barmaq hərəkətlərinin illüziyası əmələ gəlir. 20-30 bu cür çüvrilmələr edin. Sonra 2-3 dəqiqə dincəlin və məşqi yenidən  təkrarlayın.

  1. Baxışınızı fokuslaşdırın

Sağ əlinizi qabağa uzadın, baş və ya şəhadət barmağınızı yuxarı qaldırın. O gözdən təxminən 30-40 sm məsafədə yerləşməlidir. Baxışlarınızı həmin barmaqda cəmləyin, sonra isə onu yavaş-yavaş yaxınlaşdırmağa və üzdən ayırmağa başlayın. Əlin yerini müxtəlif istiqamətlərdə: sola-sağa, yuxarı-aşağı, sağdan sola və soldan sağa diaqonalları ilə dəyişmək arzuolunandır. Əsas tapşırıq – barmağın hər hərəkətini diqqətlə izləmək və baxışınızı ondan ayırmamaqdır. Bu vaxt barmağınızı göz bəbəklərinizə dəri səthində papilyar naxışlar aydın  şəkildə görünənə qədər yaxınlaşdırmağa çalışın. Görmə məşqləri üçün həmçinin yivli qələm və ya xırda teksturalı istənilən əşyadan istifadə etmək olar.

  1. Boynunuzu qabağa uzadın

Düz qalxın, əllərinizi belinizə qoyun və çiyinlərinizi düzləşdirin. Indi isə boynunuzu maksimal dərəcədə uzadaraq başınızı sağ tərəfə döndərin. Sağ qolun dirsəyinə bir neçə saniyə diqqətlə baxın. Sonra başınız aşağı əyin, gözlərinizi yumun və əzələlərinizə dinclik verin. Ardınca bu üsulla sola çevrilin və baxışınızı sol qolun dirsəyində cəmləşdirin. İlkin vəziyyətə qayıdın və tapşırığı hər tərəfə 5 dəfə yerinə yetirin.

  1. Palminq edin

Yüklənməni və yorğunluğu götürmək üçün ən sadə üsul – palmin etməkdir (ingiliscə “palm” sözündən tərcümədə “ovuc” deməkdir). Istənilən rahat pozanı seçib ovucunuzu “fincan” kimi qatlayın və gözlərinizi yumun. Göz qapaqlarına güc etmək lazım deyil – onlar sərbəst açılıb-yumulmalıdır. Barmaqlar arasında işığın keçməsinə imkan verən “boşluq” olmamalıdır. O əzələlərə dincəlməyə imkan verməz. Rahatlıq üçün dirsəkləri stolun üstünə qoymaq olar. Çalışın düz və dərindən nəfəs alasınız. Nəsə xoş olan birşeyi bacardıqca real olaraq təsəvvür etməyə çalışın. Məsələn, boş çimərlik, qəşəng gül və ya tropik meşə. Fikirlər və kənar səslər sizi yayındırmamalıdır. 5 dəqiqədən sonra yavaş-yavaş əlinizi çəkin, gözlərinizi işığa alışdırmağa çalışın və açın. Daha yaxşı effekt əldə etmək üçün oftalmoloqlar palminqi xoş və sakitləşdirici musiqi sədaları altında həyata keçirməyi məsləhət görürlər.

Həkim şərhləri

GMS Oftalmologiya Klinikasının rəhbəri Oksana Aqeyenkova

Bizim gözlərimiz çox ağır təsirlərə məruz qalır: artıq həyatımızı bilgisayarsız, planşet və smartfonsuz təsəvvür edə bilmirik. İş günü çoxlarımız üçün bilgisayar arxasında keçir, evdə dincəlmə isə filmlər izləmə və yaxud da sosial şəbəkələrdə ünsiyyətlə müşayiət olunur. Göz sağlamlığını qoruyub saxlamağın 7 qaydası var.

  1. Düzgün işıqlandırma. Qaranlıqda görmə yükü – ziyandır. Alaqaranlıqda göz bəbəkləri genişlənir, gözdaxili təzyiq qalxır. Qaranlıqda gözlərimiz adi haldakından daha güclü yüklənməyə məruz qalır. Göz akkomodasiyasını (əşyaları dəqiq ayırd edən göz qabiliyyəti) təmin edən əzələlər daha çox dərəcədə əzyyət çəkir. İşıq otaqda bərabər şəkildə paylanmalı, iş yeri isə kifayət qədər işıqlandırılmalıdır.
  2. Nəmləndirmə. Göz səthi üçün rahat otaq istiliyi 18-20°C və nəmişlik 45-60% olmalıdır. Istənilən yüklənmədə biz gözümüzü az-az qırpırıq, göz səthi pis isladılmış olur və əsasən də ilin qış mövsümündə lazımi nəmlənməni almır. Quru göz sindromunda mütləq nəmləndirici göz damcılarından istifadə etmək lazımdır.
  3. Təmiz havada dincəlmə və gəzinti. Son araşdırmaların nəticələrinə görə, neyrobioloqlar tərəfindən sübut olunmuşdur ki, gün işığında gözün torlu qışasının strukturlarında (neyronlarda, kiçik kolbalar və çubuqlarda) aktiv dofamin istehsalı baş verir. O göz almacığının uzanmasına və böyüməsinə, gözün sağlamlığı və qorunmasına yaxşı təsir göstərir. Günorta çağı 90 dəqiqədən az olmayan gündəlik gəzinti yaxşı görmənin rəhnidir. Hər gün əylənin və özünüzə yaxşı baxın.
  4. Rasional qidalanma. Bu yaxşı görmə qabiliyyətini artıran faktorlardan biridir. B qrup vitaminlərdən və yağlardan istifadə etmək. Faydalı yağlardan müntəzəm istifadə ahıl yaşda görmə itiliyinin qorunub saxlanılmasına kömək edir. Balıq, avokado, yağ, yumurta, və s. meybomio (şəklini dəyişən piy vəziləri) vəzilərinin şirə hasil etməsinə qabildir.  
  5. Kifayət qədər su istifadə etmək. Su balansına riayət olunması göz sağlamlığının qorunmasında vacib şərtlərdəndir.
  6. Günəşdən müdafiə. Ultrabənövşəyi şüalarzərərverici təsirə malikdir. Eynəklər parlaq gün işığında gözə yük düşməsini azaltmağa kömək edir və onları külək və tozdan qoruyur. Qeyd etmək lazımdır ki, göz qapağı sahəsində xal, yaxud piqment yığılması olan adamlara günəş eynəkləriylə qorunmaq məsləhət görülmür.
  7. Hər il həkim müayinəsi. Əgər görmə probleminiz yoxdursa da, profilaktika üçün ildə bir dəfə həkimə getmək lazımdır. Eynək, yaxud linza taxanlar isə -düzəliş vasitələrinin seçilməsi üçün müraciət etməlidir. Amma görmənin pisləşməsini hiss etmisinizsə, diskomfort, gözlərdə qum qalması hissi və digər simptomlar yaranıbsa, həkimə getməyi təxirə salmağa və ya özünümüalicə ilə məşğul olmağa dəyməz. əgər qohumlarınızda qlaukoma kimi xəstəlik varsa, xüsusilə ayıq olmanız gərəkir: ildə bir dəfə gözdaxili təzyiqi ölçmək və bilmək lazımdır.
 Göz gimnastikası: görməni yaxşılaşdırma üçün - 10 FAYDALI HƏRƏKƏT | Tibb FED.AZ Göz gimnastikası: görməni yaxşılaşdırma üçün - 10 FAYDALI HƏRƏKƏT | Tibb FED.AZ Göz gimnastikası: görməni yaxşılaşdırma üçün - 10 FAYDALI HƏRƏKƏT | Tibb FED.AZ
Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner