Banner
Banner
Dr. Aynurə Xəlilova
Dr. Aynurə Xəlilova
Ginekoloq
30 il iş təcrübəsi

Haqqında

Mama ginekoloq, tibb elmləri üzrə fəlsəfə doktoru (Rusiyada təhsil alıb),

27 il iş təcrübəsi

İşlədiyi yer: Loğman Klinikası

Telefon: 050 7043782

İş yeri: Loğman Tibb Mərkəzi

Kvalifikasiyasını artırmaq üçün Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq şəhərlərində, Belarusiya Respublikasının paytaxtı Minskdə, Türkiyənin İzmir və Ankara şəhərlərinin tibb hospitallarında və tibb akademiyalarında stajirovka keçib.

Rusiya, Türkiyə və bir sıra xarici ölkələrin Beynəlxalq Ginekoloqlar Assosiasiasının üzvüdür.

Xidmətləri:

SONSUZLUQ

Boruların yoxlanılması və laparoskopik üsulla açılması, uşaqlıq boşluğun sinexiyalarının və arakəsmənin aradan qaldırılması, YPK xəstəlikdən əziyyət çəkənlərin hormonal balansın tənzimlənməsi.

RISKLI HAMILƏLIK VƏ DOĞUŞ

Endokrin xəstəliklərdən (şəkərli diabet, qalxanvari vəzin xəstəlikləri, hipofizin adenoması) əziyyət çəkən hamilələr, arterial hipertenziya, hestasion şəkərli diabet, piylənmə, koaqulopatiya, toksikozlar, nefropatiya kimi pataloji gedişat zamanı hamiləliyin müşahidəsi və uğurla sona çatdırılması.

KEYSƏRIYYƏ

Yalnız tibbi göstəriş əsasında keysəriyyə əməliyyatı aparır, hər zaman normal doğuşa üstünlük verir.

GINEKOLOJI VƏ ESTETIK ƏMƏLIYYATLAR

Laparotomik və laparoskopik üsulla bütün ginekoloji əməliyyatlar, histeroskopiya, labioplastika, vaginoplastika.

ENDOKRINOLOJI XƏSTƏLIK

Menstrual tsiklin yeniyetmələrdə və reproduktiv dövrdə olan qadınlarda pozulması, klimakterik sindromun fəsadlarının aradan qaldırılmasış. Orqonizmdə baş verən hormonal disbalansın bərpası, endokrin orqanların funksiyalarının müayinəsi və müalicəsi.

XƏRÇƏNGIN PROFILAKTIKASI VƏ KOLPOSKOPIYA, CHECK-UP

Süd vəzlərin müayinəsi və xoşxassəli dəyişiklərin müalicəsi, uşaqlıq boynun pap-smear və kolposkopiyası, reproduktiv orqanlarda qeyd olunan törəmələrin biopsiyası və histoloji müayinəsi.

İcra etdiyi prosedurlar

Sonsuzluğun müalicəsi, histeroskopiya, kolposkopiya, ginekoloji orqanların, süd vəzin və hamiləliyin USM, açıq və qapalı ginekoloji əməliyyatlar, sidik saxlamamağın müalicəsi, TOT-qoyulması, ginekoloji plastik və estetik əməliyyatlar.

Aşağıdakı ginekoloji xidmətlərı həyata keçirir:                           

  • Papillomaların dondurulması
  • Erroziyaların dondurulması                                                           
  • Bortalin vəzin əmaliyyatı
  • Spiralın qoyulması, çıxarılması
  • Sonsuzluq
  • Riskli hamiləlik
  • Histeroskopiya
  • Kolposkopiya
  • Riskli doğuş
  • Qeysəriyyə
  • Xərçəngin profilaktikası
  • Ginekoloji əməliyyatlar

Rəy bildir

Reyting əlavə et:
Banner