Banner
Banner

Faydalı Məlumatlar

Yuxusuzluğa kömək edən ədviyyat - ZƏFƏRAN

Yuxusuzluğa kömək edən ədviyyat - ZƏFƏRAN
01:53 3 Mart 2021

Əvvəlki araşdırmalar bu ədviyyatın depressiyanı yaxşılaşdırdığını göstərib.

Tibb.fed.az-ın yazdığına görə, Avstraliyanın Merdok Universitetindən olan alimlərin bununla bağlı "Journal of Clinical Sleep Medicine” jurnalında elmi məqalələri dərc edilib.

Tədqiqatçılar 18-70 yaş arası 63 könüllü ilə təcrübə aparıblar. Bu insanların hamısı ümumilikdə sağlam olublar, heç bir dərman qəbul etməyiblər, yalnız yuxu problemlərindən şikayətləri olub. 28 gün ərzində bəzilərinə gündə iki dəfə 14 milliqram dozada zəfəran ekstraktı, bəzilərinə isə plasebo verilib. Qeyd edək ki, iştirakçılar və alimlərin özləri kimin nə almasından xəbərdar olmayıblar.

Nəticədə, zəfəran ekstraktı qəbul edən iştirakçılarin yuxu keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Zəfəran əlavəsinə başladıqdan təxminən bir həftə sonra onlar daha asan və yaxşı yatmağa başlaydblar. Ekstraktın yənfi yan təsirləri tapılmayıb. Nəticələri təsdiqləmək üçün elm adamları daha geniş bir araşdırma aparmağı planlaşdırırlar.

Əvvəllər eyni qrup alimlər, zəfəran ekstraktının antidepresant dərmanlara əlavə olaraq istifadə edildikdə, orta dərəcədə klinik depressiyada olan xəstələri rahatlamağa kömək edə biləcəyini müəyyənləşdiriblər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner