Banner
Banner

Faydalı Məlumatlar

Yod çatışmazlığı olanlar bu qidalardan – İSTİFADƏ ETMƏSİN

Yod çatışmazlığı olanlar bu qidalardan – İSTİFADƏ ETMƏSİN
10:28 10 İyun 2021

İnsan orqanizminin böyümə və inkişaf etməsi üçün müxtəlif mineral maddələr tələb olunur ki, bunlardan biri də yod mineralıdır.

Tibb.fed. az AQTA-nın Elmi Tədqiqat və Risklərin Qiymətləndirilməsi Departamenti, Biomühəndislik araşdırmaları şöbəsinin əməkdaşları Nərmin Axundova və Elvira Quliyeva tərəfindən hazırlanmış elmi məqaləyə istinadla bildirir ki, yod orqanizmdə bir sıra həyati funksiyaların yerinə yetirilməsi üçün zəruri hesab edilir. Belə ki, bu maddə metobolizm, hamiləlik və erkən inkişaf dövründə sümük və beyinin inkişafı kimi prosesləri tənzimləyən tiroid hormonlarının əsasını təşkil edir.

Qadınların ruhi sağlamlığı daha çox - QİDADAN ASILIDIR

Günlük kifayət qədər yod qəbulu hər kəs üçün, xüsusilə də körpələr və hamilə qadınlar üçün olduqca əhəmiyyətlidir. Orqanizmin yod ehtiyacı müxtəlif yaş dövrlərinə görə dəyişir və tövsiyyə edilən günlük miqdarlar bu cür olmalıdır:

6 aya qədər körpələr - 110 mkq

7 - 12 ay körpələr - 130 mkq

1 - 8 yaş uşaqlar - 90 mkq

9 – 13 yaş uşaqlar - 120 mkq

14-18 yaş yeniyetmələr - 150 mkq

Yetkin insanlar - 150 mkq

Hamilə qadınlar - 220 mkq

Laktasiya dövründə olan qadınlar - 290 mkq

Orqanizm yodun 90% hissəsi qidalardan, 10%-ini isə içməli sudan alır. Qida ilə qəbul edilən yodun təxminən 50%-i orqanizm tərəfindən sovrulur. Yod mineralına təbii olaraq bir sıra qida məhsullarında, eləcə də yodla zənginləşdirilmiş duzlarda rast gəlinir. Yodla zəngin qida məhsulları istehlak etməklə orqanizm üçün zəruri olan gündəlik yod miqdarını qəbul etmək mümkündür:

-Balıq (treska, ton balığı), dəniz yosunu, krivet və digər dəniz məhsulları;

-Süd və digər ağartı məhsulları;

-Quru gavalı – bu məhsul vegetarian və veganlar üçün yaxşı yod mənbəyi hesab edilir;

-Yumurta sarısı - yod toyuq yeminə əlavə olunduğu üçün yumurta sarısında bu minerala rast gəlinir. Lakin onun miqdarı toyuq yemindəki yodun miqdarına əsasən dəyişə bilir;

-Yodlaşdırılmış duz.

Torpaqda yodun miqdarının aşağı olması burada yetişən meyvə və tərəvəzlərdə yod miqdarının aşağı olmasına səbəb olur. Bu səbəblə də, yod miqdarı az olan torpaqlara sahib ölkələrdə yodlaşdırılmış süfrə duzundan istifadə xüsusi əhəmiyyət daşıyır. Yodlaşdırılmış duz istifadəsi, yod çatışmazlığına nəzarət üçün ən çox tətbiq edilən strategiyadır. Hal hazırda bütün dünyada məişətdə istifadə edilən duzun təxminən 88%-i yodlaşdırılmışdır, lakin yod çatışmazlığı hələ də bəzi bölgələrdə, xüsusən də Cənub-Şərqi Asiya, Afrikanın Saxara bölgəsi və Şərqi Avropada problem olaraq qalmaqda davam edir. Onu da qeyd etmək lazımdır ki, işlənmiş qidalarda (məs. konservləşdirilmiş qidalar) adətən yodlaşdırılmış duza rast gəlinmir.

Yod çatışmazlığı olan insanlara bəzi məhsulların istehlakı tövsiyə edilmir. Bunlara brokoli, gül kələmi, turp, şalğam, kələm, ispanaq, soya və s. daxildir. Belə ki, bu məhsulların tərkibində rast gəlinən qitrogen maddəsi yodun tiroid vəzinə qəbuluna maneə törədir.

Qeyd edək ki, əksər qida maddələrində olduğu kimi, yod mineralının da normadan artıq istifadəsi orqanizmdə bir sıra problemlərə (tiroid vəzi iltihabı, tiroid xərçəngi) səbəb ola bilər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner