Banner
Banner

Faydalı Məlumatlar

Yanıq yarasını sağaldan, mikrobları yox edən, dərini cavanlaşdıran – EV HƏKİMİ

Yanıq yarasını sağaldan, mikrobları yox edən, dərini cavanlaşdıran – EV HƏKİMİ
14:04 25 Aprel 2021

Aloe bitkisini "ev həkimi" adlandırırlar. Aloe bitkisi müxtəlif xəstəliklər zamanı istifadə olunur.

Tibb.fed.az bildirir ki, araşdırmalar nəticəsində aloenin tərkibində 200-dən artıq bioloji aktiv maddələrın var - vitaminlər, mikroelementlər, aminturşular, fitonsidlər, fermentlər və s. olduğu müəyyənləşib.

Aloe yarpağı həmçinin yanıqların sağalmasını sürətləndirir, ağsızlaşdıran, mikrob və iltihabəleyhinə təsirinə malikdir. Sübut olunub ki, aloe bitkisi stafilokokklar, streptokokkları, göbələkləri məhv edir.

Bu təbii dərmanı hazırlamaq üçün aloenin qalın yarpağı götürülür, tənzifə bükülür və 3-4 gün ərzində soyuducuda saxlanılır. Daha sonra yarpaq yaxşı yuyulur, üzərində olan nazik pərdə soyulur və yarpaq blenderdə əzilir. Alınmış kütlə bir neçə lay tənzifdən sıxılır. 2 xörək qaşığı aloe 1 xörək qaşığı balla qarışdırılır və səhər tezdən qida qəbulundan əvvəl qəbul edilir. Müalicə kursu 10-15 gündür.

Aloe şirəsi ilə bal həm də yüksək immunitet stimullaşdırıcı təsirinə malikdir. Soyuq fəsillərdə bu sadə vasitə sizi respirator xəstəliklərdən qoruyacaq

Aloe kosmetologiyada da geniş istifadə olunur. Bu bitkinin şirəsi üz dərisinin müxtəlif problemlərlə (civzələr, irinliklər və s.) mübarizədə yaxşı kömək edir. Aloe şirəsi müxtəlif təmizləyici və ağardıcı kosmetik maskalara daxildir. Ev şəraitində bu kimi təmizləyici maskanı hazırlamaq olar: 2 xörək qaşığı mavi gil + 2 xörək qaşığı su + 2 xörək qaşığı aloe şirəsi, yaxşı qarışdırın və üzünüzə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyu

Problemli dəri üçün bu kimi losyon da hazırlamaq olar. İri aloe yarpağı soyulur, blenderdən keçirilir və üzərinə 50 qr tibbi spirt əlavə olunur. 1 gün keçdikdən sonra məhlul bir neçə qat tənzifdən yaxşı süzülür. Losyonu yalnız problemli yerlərə çəkin. İlk dəfə losyonu (və həmçinin maskanı) dərinin kiçik hissəsində yoxlayın, qazırtı və s. allergik reaksiya olmazsa, istifadə edə bilərsiniz.

Aloe şirəsi həmçinin dəriyə cavanlaşdırıcı təsir edir, dərinin "karkası" olan kollaqen liflərinin bərpasına kömək edir. Bu səbəbdən aloe şirəsi bir çox anti-age ("yaş əleyhinə") vasitələrin tərkibinə daxil edilir. Ev şəraitində aloe şirəsini cavanlaşdırıcı maskaların tərkibində istifadə etmək olar. Məsələn, 2 xörək qaşığı xama, 5 damcı vitamin A (apteklərdə satılır), 2 xörək qaşığı aloe şirəsi qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və dəriyə qidalandırıcı krem çəkin.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner