Banner
Banner

Faydalı Məlumatlar

Yaddaş zəifliyi: qarşısını alan - QİDALAR

Yaddaş zəifliyi: qarşısını alan - QİDALAR
11:16 19 May 2021

Bəzi qidalar sürətli düşünməyə, duyğu üzvlərimizin yaxşı vəziyyətdə olmasına, diqqətsizlik probleminin həllinə və xatırlama qabiliyyətinin artmasına kömək edir. Xüsusi ilə meyvə-tərəvəzlərdə orqanizmə təsirli olan vitamin və minerallar var.

Tibb.fed.az bildirir ki, 50 yaşını keçən bəzi insanlarda unutqanlıq probleminə daha tez-tez rast gəlinir. Elə isə hansı vitaminləri və qidanı qəbul etməklə yaddaşı gücləndirmək olar? Bunun üçün faydalı hesab olunan B, E və C vitaminlərindən istifadə etmək tövsiyə edilir. B vitamini əksik olduqda yaddaş performansı o qədər yüksək olmur.

Quru paxlalılar, qatıq, süd, pendir, toyuq yumurtası, yerfıstığı, banan, alma kimi tərkibində B vitamini olan meyvə və tərəvəzlər yaddaşı yaxşı formada saxlamağa kömək edir.

Onu da qeyd etmək lazımdır ki, qüvvətli zülal qaynaqlarından biri yumurtadır. Çünki yumurta yaddaşın güclənməsinə yaxşı təsir göstərir.

Yaddaşı gücləndirən qidalardan biri də alma qabığıdır. Alma qabığının içində olan antioksidantlar hafizə və yaddaş itkilərinə qarşı qoruyucudur.

Gün ərzində 1 ədəd alma yemək ümumi sağlamlıq üçün də faydalıdır.

Diqqət problemi olanlar isə istəyə uyğun qoz, fındıq və digər çərəzlərdən faydalana bilər.

Omega-3 baxımından zəngin olan qoz, fındıq, fıstıq kimi qidalar qavrama problemi olanlara təsirlidir.

Kök isə beyinin maddələr mübadiləsini canlandıraraq xatırlama  qabiliyyətini artırır. Həmçinin tərkibində beyinin maddələr mübadiləsini canlandıran fermentlər  də var. Zəncəfil, avokado  və bəzi ədviyyatlar da yaddaşı gücləndirməyə təsirlidir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner