Banner
Banner

Faydalı Məlumatlar

Yaddaşsızlıq. Hər şeyi - NECƏ XATIRLAMAQ OLAR?

Yaddaşsızlıq. Hər şeyi - NECƏ XATIRLAMAQ OLAR?
09:21 23 Mart 2021

Yaddaş pozğunluqları fərqli dərəcədə ola bilər - sadə unutqanlıqdan tam yaddaş itkisinə qədər. Bu pozuntuların səbəbləri nədir və bunlarla bağlı nə etməli?

Tibb.fed.az yaddaş itkisini yaradan səbəbləri və müalicə vasitələrini təqdim edir:

Yaddaş itkisinin səbəbləri

Dərman vasitələri. Yaddaş pozulmasına səbəb ola biləcək müəyyən dərmanlar var. Bunlara daxildir: antidepressantlar, antihistamin vasitələr, əzələ bərkidicilər, trankvilizatorlar, yuxu həbləri və ağrıkəsicilər.

Alkoqol, siqaret və narkotik. Uzun illərdir ki, həddindən artıq alkoqol istehlakının yaddaş itkisinə səbəb olduğu bildirilir. Siqaret çəkmək beyinin oksigen təchizatını pozur və narkotiklər isə beyində olan kimyəvi maddələrə mənfi təsir göstərir.

Yuxu çatışmazlığı. Az yatan və ya tez-tez oyanan insanlar yaddaş pozğunluğundan şikayət edirlər.

Depressiya və stress. Depressiya diqqət yayğınlığı yaradır, bu da yaddaşa mənfi təsir göstərir. İnsan gərgin və ya həyəcanlı olduqda məlumatı daha pis qəbul edir.

Kəllə-beyin xəsarəti - Sadə bir yixilmadan tutmuş yol qəzasına qədər hər hansı bir baş zədəsi hafizəni poza bilər.

İnsult. Beyin qan dövranının pozulması çox vaxt qısa müddətli yaddaş itkisinə səbəb olur.

Demensiya. Demensiya - gündəlik işlərə mənfi təsir göstərən mütərəqqi yaddaş itkisi və düşüncə zəifliyidir. Demensiyanın əsas səbəblərindən biri Alzheimer xəstəliyidir.

Digər risk faktorlarına aşağıdakılar daxildir:

Yüksək qan təzyiqi və arterial hipertansiyon.

Şəkər diabeti və qanda yüksək şəkər.

İşləyən insanlarda və tələbələrdə zehni stresin artması.

Yaddaş itkisinin müalicəsi

Yaddaş itkisinin müalicəsi əsasən onun yaranma səbəbindən asılıdır. Məsələn, müəyyən dərman qəbul edərkən yaddaş itkisi yaranıbsa, onun müalicəsi bu dərmanları ləğv etməklə, depressiya fonunda isə depressiyanı müalicə etməklə həyata keçirilir. Bəzi hallarda, xüsusilə insultdan sonra xəstələr gəzinti və ya ayaqqabı geyinmək kimi sadə hərəkətləri xatırlamağa kömək etmək üçün xüsusi terapiyaya ehtiyac duyurlar. Yaddaş itkisinə Alzheimer xəstəliyi səbəb olarsa, pasiyentlərə bu xəstəliyi müalicə etmək üçün təyinat verilir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner