Banner
Banner

Faydalı Məlumatlar

Üzün qizarmasının - SƏBƏBLƏRİ

Üzün qizarmasının - SƏBƏBLƏRİ
10:43 17 Aprel 2021

Üz niyə qızarır? Üzün qızarması ümumiyyətlə dəridəki incə damarlara artan qan axınından qaynaqlanır və nəticədə qırmızıya çevrilirsiniz.

Tibb.fed.az tibbi mənbələrə əsaslanaraq bildirir ki, qızarmanın bir neçə səbəbi var və bəziləri bunlardır:

-fiziki gərginlik (idman),

- yüksək qan təzyiqi,

-şiddətli temperatur dalğalanmaları.

Utanc, hirs, həmçinin sevinclə gözləmək kimi daha açıq səbəblər də qızarma yaradır. 

Dəri nə qədər yüngül olarsa, qızartı daha çox görünür.  Bir çox xəstə baş, yanaq və qulaqların parıldadığını hiss edir.  Bundan əlavə tərləməyə başlayırlar və ürək dərəcəsi sürətlənir. Bununla birlikdə, qızarmış üz yalnız bəzən narahat olsa da, tənəffüs məşqləri ilə səngidilə bilər. Fiziki məşqlər isə qızarmanın qarşısını almır, ancaq daxili gərginliyi aradan qaldırırlar.

Üz qızarması çox vaxt sosial fobiyalar, ünsiyyət qurmaq qorxusu zamanı baş verir. Xarici görünüşü və davranışı ilə insan utancaq görünməsə də bu əlamətlər daxildə olur.

Belə qızarma problemi insanın psixoloji halına təsir edirsə, bu, üz qızartısı xəstəliyi adlanır.

Kişi və qadınlarda eyni səviyyədə görülür. 10-20 yaş arasında narahatlıq, əsəbilik və hormonal funksiya ilə bağlı olaraq daha çox görülür.

Spirtli içki, isti və ədviyyatlı yeməklər, isti içkilər, ani olaraq isti, ya soyuq bir yerə girmək, çox isti hava, isti hamam, qızdırma, idman etmək kimi bədən istiliyini artıran hallar da üz qızarmasına səbəb olur.

Bəzi xəstəliklərin müalicəsində istifadə edilən dərmanlar, qidalara atılan bəzi qoruyucu kimyəvi maddələr, bəzi şəkər, döş xərçəngi, angina və yüksək təzyiq, sümük xəstəlikləri, prostat xərçəngi üçün istifadə edilən dərmanlar üz qızarmasına səbəb ola bilər.

Üz qızarmasının səbəb olduğu xəstəliklər hansılardır?

Rosacea: Bu, qızartıya səbəb olan geniş yayılmış bir dəri xəstəliyidir. Bu xəstəlik zamanı üz damarlarında qalıcı genişlənmə olur. Əsasən yanaq və burun bölgəsində ortaya çıxır. Bəzən gözlərə də təsir edə  bilər.

Hiperhidroz. Bəzi insanlarda üz qızartısı çox tərləmə (üz, əl, qoltuqaltı tərləməsi kimi) ilə birlikdə yaşanır.

Menopauza. Üz qızarması menopauza ilə də bağlı ola bilər.

Karsinoid sindromu. Nadir rastlanan bir xəstəlik olan karsinoid üzdə qızartıya səbəb olur. Bu xəstəlikdə üz qızarması əsasən 20 dəqiqə davam edir, mədə ağrısı, ürək döyüntüsü, ishal halları da yaşana bilər.

Üz qızarması ilə bağlı insanlarda iki fobiya yaşanır:

Sosial fobiya – sosial şəraitlərdə ya performans göstərərkən tənqid edilməkdən, ya özünə güvənsizlikdən dolayı insan narahatlıq içində olur və üzü qızarmağa başlayır.

Utancaqlıqla da sıx bağlı olur.

Erotrofobiya – “İndi üzüm qızaracaq” qorxusu ilə həmişə qayğı içində olan bir narahatlıq halıdır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner