Banner
Banner

Faydalı Məlumatlar

Toyuq əti: onu hər gün yemək niyə - MƏSLƏHƏT DEYİL?

Toyuq əti: onu hər gün yemək niyə - MƏSLƏHƏT DEYİL?
11:59 12 Mart 2021

Toyuq filesi, soyutma toyuq, toyuq kotleti – arıqlamaq istəyənlər, xüsusən də qızlar arasında ən populyar yeməklər sayılır. Həqiqətən, toyuq əti mal və qoyun ətindən daha az yağlıdır və bir sıra faydalı xüsusiyyətlərə malikdir. Xüsusilə toyuq ətində C vitamini, B vitaminləri, selenyum, kalium, kalsium, fosfor, dəmir, sink və maqnezium var. Bununla belə, fərqli dozalarda olan hər hansı bir məhsulun bədənə faydası olduğu kimi ölümcül təhlükəsini də unutmaq olmaz. Toyuq əti də bu sırada istisna deyil.

Amerika Kardiologiya Dərnəyi hələ 2018-ci ilin fevral ayında həftədə bir neçə dəfədən çox toyuq yeməməyi tövsiyə edib. Ən məsləhətlisi toyuq əti qəbulunu yarıya qədər azaltmaqdır. İş burasındadır ki, toyuq ətində yüksək səviyyədə xolesterol var. Müqayisə üçün 100 qram toyuq ətində təxminən 60 mq xolesterol var. Eyni çəkidəki dana və ya mal əti hissəsindən bir qədər az.

Ateroskleroz kimi təhlükəli bir patologiyaya meyllisinizsə, risk altındasınız və toyuq ətini qətiyyən hər gün yeməməlisiniz. Axı, ateroskleroz dəqiq bir şəkildə qan damarlarının daxili qatına artıq xolesterol yığılması ilə əlaqələndirilir.

Xroniki xəstəliklərə əlavə olaraq toyuq ətinə olan sevgi digər pis nəticələrə səbəb ola bilər. Çox yağlı tavada qızardılmış toyuq ayaqları təhlükəli trans yağlarının mənbəyidir. 2015-ci ildə ABŞ Qida və Dərman İdarəsi trans yağları insan orqanizmi üçün zərərli olaraq tanıdı. Fakt budur ki, bunlar zehni fəaliyyətə mənfi təsir göstərir, aktivliyi azaldır və işemik ürək xəstəliyinə səbəb ola bilər.

Bununla belə orta miqdarda toyuq yalnız faydalı deyil, həm də bədənimiz üçün lazımdır. Təsadüfi deyil ki, soyuqdəymə zamanı həkimlər mıəhz toyuq şorbası yeməyi tövsiyə edirlər. Toyuq ətinin tərkibindəki qida və vitaminlər bizi formada saxlamağa və çəkimizə nəzarət etməyə kömək edir. Lakin hər gün toyuq yemək yenə də məsləhət deyil: sağlamlığınızı niyə təhlükəyə atmalısınız ki? Toyuq yeməyini lobya, balıq və digər bitki mənşəli protein mənbələri ilə əvəz etmək daha yaxşıdır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner