Banner
Banner

Faydalı Məlumatlar

Topuqsuz ayaqqabılar ciddi onurğa xəstəliyi yaradır- HƏKİM XƏBƏRDARLIĞI

Topuqsuz ayaqqabılar ciddi onurğa xəstəliyi yaradır- HƏKİM XƏBƏRDARLIĞI
13:26 5 İyun 2021

“Baletka” adlanan ayaqqabılar rahat olsa da, onu geyinənlərdə onurğa xəstəlikləri riski yaradır.

Tibb.fed.az bildirir ki, uşaqlar və gənclər arasında ayaq ağrıları, bel və omba problemləri sürələ artır. Ciddi müalicəyə ehtiyacı olan xəstəliklərə artıq gənc yaşlarında rast gəlmək mümkündür. Bu isə sonrakı yaş dpvründə ciddi onurğa, ayaq və diz-omba problemlərinə yol açacaq.

Fizioterapevt-reabilitoloq Ramin Quliyev doğru seçilməyən ayaqqabıların gənc yaşlarda protez geyinilməsinə səbəb ola biləcəyini bildirir: “Gənclərdə baletka istifadə edilməsi ilə artan daban sporu, bel ağrısı, asiq tendon problemləri və onurğa problemləri ilə qarşılaşırlar. Baletka ayaqqabıların geniş istifadəsi ilə gənc yaşlarda daban sporu, dizlərdə aqri və mexaniki pozqunluqlar, kürək-bel onurğa və omba problemləri artdı”.

Həkimin sözlərinə görə, topuq hissəsi olmayan, ayağı saxlamayan, yanları yumşaq olan ayaqqabılarda, bədən ağırlığının yüzdə 70-i topuqlar üzərinə dusür və onurğa əzələlərinin gərginliyini artırır, beldə olması lazım olan yüngül çuxurun düzləşib bel yırtığı inkişafına zəmin yaradir. Diz və onurğaya duşən yük payının disbalansı isə qalca xəstəliklərini artirir.

“Topuqsuz ayaqqabılar dizlərdə həddindən artıq təzyiq edərək menisk və diz bağ zədələnmələri kimi xəstəlikləri də artirir, uzun müddət istifadə etdikdə ayaq altındakı plantar əzələlərin gərginliyi artıraraq, daban sporu xəstəliyinə səbəb ola bilir” söyləyən fizioterapevt-reabilitoloq düzgün ayaqqabı seçimində bunları məsləhət görür;

- Ayaqqabının arxa hissəsi pəncədən 2-4 santimetr yüksək olmalıdır;

- ayaqqabının daban sahəsi sərt olmalıdır;

- ön tərəfdən bant ilə bağlanmalıdır;

-ayaqqabının dabanının nizamsızlıqlara qarşı qoruyucu olacaq şəkildə, təcridi təmin edəcək şəkildə qalın olması lazımdır.

-mutləq baletka geyiniləcəksə, topuq silikon və astar istifadə edərək ayaqa duşən yük dağılımı düzəldilməlidir”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner