Banner
Banner

Faydalı Məlumatlar

Təzyiqi aşağı salmaq üçün ən sadə üsul - SU İCMƏK

Təzyiqi aşağı salmaq üçün ən sadə üsul - SU İCMƏK
16:18 19 Mart 2021

İnsan az su içəndə orqanizm natriumu saxlamağa başlayır və bəzi kapilyarları bağlayır ki, nəticədə təzyiq qalxır.

Tibb.fed.az bildirir ki, ABŞ-ın tanınmış və nüfuzlu kardioloqlardan biri olan Stiven Sinatra kifayət miqdarda qəbul edilən suyu yüksək arterial təzyiqi salmaq və damarları qorumaq üçün ən yaxşı və ən sadə vasitələrdən biri adlandırıb.

Yüksək təzyiq ürəyə düşən yükləməni artırır, ürək damarları elastikliyini itirir və daralır. Bu vəziyyətdə orqanizmdə mayenin çatışmazlığı çox təhlükəli fəsadlara səbəb ola bilər.

Mayenin defisiti zamanı damarlar daralır ki, bu da ürəyin fəaliyyətinə mənfi təsir edir və oksigenin müxtəlif orqan və sistemlərə çatdırılmasını çətinləşdirir.

Amerikalı həkim qeyd edib ki, suyun az qəbulu zamanı orqanizmdə vazopressin hormonunun ifrazı artır ki, bu da təzyiqin yüksəlməsinə səbəb olur.

Stiven Sinatra hər gün bir neçə stəkan adi su içməyi tövsiyə edir.

“Vive Health” jurnalı bildirir ki, suyun qəbulu təzyiqi dərhal salmasa da, bu sadə qayda damarların sağlamlığını qoruyur, hipertoniyanın inkişafının riskini və həmçinin hipertoniya artıq inkişaf edibsə onun ağır fəsadlarının (insult, infarkt) riskini azaldır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner